Azərbaycan Milli Ensiklopediyası
    ƏCZAÇILIQ

    ƏCZAÇILIQ, farmasiya – dәrman vasitәlәrinin axtarışı, tәdqiqi, işlәnib hazırlanması, istehsalı, saxlanması, buraxılması vә marketinqi mәsәlәlәrini öyrәnәn elmi-praktiki fәnnlәr kompleksi. Farmakologiya ilә kompleksdә dәrmanlar haqqında elmi – dәrmanşünaslığı tәşkil edir. Ə.-a әczaçılıq kimyası, farmakoqnoziya, әczaçılıq preparatlarının vә rman formalarının istehsalı texnologiyası, mәhkәmә vә toksikologiya kimyası, Ə.-ın tәşkili vә iqtisadiyyatı vә s. aiddir. Ə.-ın perspektiv istiqamәti dәrmanların effektivliyinin onların istehsalı texnologiyasının xüsusiyyәtlәrindәn vә istifadә formalarından asılılığını öyrәnәn biofarmasiyadır. Ə. sahәsi mütәxәssislәri әczaçı (orta ixtisas tıhsili) vә provizor (ali ixtisas tәhsili) adlanır. Əczaçılıq  müәssisәlәrinә  hәmin  sahә  üzrә ETİ-lәr, laboratoriyalar vә dәrman vasitәlәri hazırlayan müәssisәlәr, dәrman bitkilәrinin becәrilmәsi, tәdarükü vә emaklı üzrә tәşkilatlar, apteklәr, anbarlar, nәzarәtanalitik laboratoriyalar aiddir.