EHTİMALLI AVTOMÁT – vәziyyәtlәri sonlu sayda olan avtomat; bu avtomatda bir vәziyyәtdәn digәrinә keçid tәsadüfi giriş siqnalları verilәrkәn baş verir. Keçidin ehtimalı әvvәlki vәziyyәtlәrin vә giriş siqnallarının ardıcıllığından asılıdır. Әgәr keçid funksiyasını P(sk , ai →aj) ehtimalı kimi yazsaq (burada sk – giriş siqnalı, ai → aj isә ai vәziyyәtindәn aj vәziyyәtinә keçiddir), onda
şәrti ödәnilmәlidir (burada n – E.a.-ın vәziyyәtlәrinin sayıdır). E.a. modellәri formal tәdris, mürәkkәb davranış sistemlәri, idarәedici sistemlәrin yaradılmasında istifadә edilir.
E.a. modelinin tәtbiqinә misal kimi hәrәkәt intensivliyi müxtәlif olan iki yolun kәsişmәsindә nәql.-ın hәrәkәtinin avtomatik idarәolunma sistemini götürәk. E.a.-a iki vәziyyәt: “açıqdır” – magistral üzrә gediş açıqdır (intensiv hәrәkәtli küçә) vә “bağlıdır” – magistral qapalıdır (kәsişәn küçә ilә hәrәkәtә icazә verilir) kimi, hәmçinin iki giriş siqnalı: s1 – “kәsişәn (köndәlәn) küçәdә nәql. gözlәyir”, s2 – “bu küçә boşdur” kimi baxaq. Belә avtomat s2 siqnalı daxil olduqda kәsişәn küçәdә hәrәkәtә icazә vermir, s1 siqnalı daxil olduqda isә kәsişәn küçәdә hәrәkәti müәyyәn ehtimalla açır,yәni kәsişәn istiqamәtdә hәr dәfә avtomobil göründükdә yolu qapamır. Keçidin ehtimalı vә işıqforun siqnal çevrilmәlәri arasındakı taktların uzunluğunun әdәdi qiymәti yol ayrıcından keçәn nәql.-ın hәrәkәt rejiminin әvvәlcәdәn analizi әsasında müәyyәn olunur.
E.a. tәsadüfi әdәdlәr vericisi (avtomatın girişlәrindәn birinә müәyyәn ehtimallı müstәqil siqnallar verir) olan determinlәşmiş avtomat şәklindә tәsvir edilә bilәr.