EHTİRAS – qüvvәtli vә davamlı emosional hal. E. insanı daim müәyyәn mәqsәdә, obyektә tәhrik edәn fәal qüvvәdir vә bu halda hisslәr iradi cәhd ilә birlәşәrәk müәyyәn çәtinliklәri aradan qaldırmağa sövq edir. Lakin E. insanı hәmişә fәallaşdıra bilmir. Bәzәn bir obyektә bәslәnәn ehtiraslı münasibәt passivlik yaradır. Bu cәhәt E.-ın ikili xarakterini: ya insanın qüvvәsini zәiflәtdiyini, ya da artırdığını aydın surәtdә göstәrir. E.-lar müsbәt vә mәnfi olur. Mәs., elmә, incәsәnәtә, ixtiraçılığa, ixtisasa, ülvi mәhәbbәtә olan E. müsbәt, spirtli içkilәrә, qısasçılığa, qumara, varlanmağa olan E. mәnfidir. Müsbәt E. insanı ictimai әhәmiyyәtli böyük yaradıcı fәaliyyәtә istiqamәtlәndirir. E. insanın bütün rәftar vә davranışında, fәaliyyәtindә dәrin iz buraxan qüvvәtli hissdir.