Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    “ƏDALƏT”

     “ƏDALƏT– Bakıda işlәyәn vә әksәriyyәti Cәnubi Azәrb.-dan olan iranlı fәhlәlәrin inqilabi tәşkilatı. Gәncә, Lәnkәran, Astara vә Tiflisdә komitәlәri var idi. 1914 ildә fәaliyyәtә başlamış, 1916 ildә tәşkilat kimi formalaşmışdı. B.Ağayevin başçılıq etdiyi bir qrup fәhlәnin 1917 ildә “mt” partiyasından ayrılması “Ə.”-in rәsmi yaranma tarixi hesab edilir. “Ə.” özünü “İctimaiyyun-amiyyun”un varisi sayır, Cәnubi Azәrb.-da fәal inqilabi iş aparırdı. Tәşkilatın Rusiya Sosial-Demokrat Fәhlә Partiyası Bakı Komitәsindә vә “Hümmәt”dә daimi nümayәndәlәri var idi.

    “Ə.” 1917 ildәn Azәrb. vә fars dillәrindә “Bayraqi-әdalәt” adlı jurnal nәşr etdirmişdir. Burada, әsasәn, İranın daxili siyasi vәziyyәtinә dair problemlәr, Qacar sülalәsinә qarşı mübarizә, şahlıq hakimiyyәtinin devrilmәsi vә demokratik resp. qurulması tәlәbi işıqlandırılırdı. 1917–18 illәrdә tәşkilat xeyli möhkәmlәndi vә Cәnubi Azәrb. fәhlәlәrindәn ibarәt silahlı dәstә tәşkil etdi. Bu dәstә 1918 ilin mart soyqırımı zamanı mәdәn-zavod rayonlarında asayişә nәzarәt edir, burada qırğının qarşısını alırdı. 1919 ilin әvvәlindә Ə.Qafarzadә başda olmaqla, partiyanın Mәrkәzi Komitәsinin yeni tәrkibi seçildi. Mәrkәzi Komitәyә  B.C.Ağayev,  S.C.Cavadzadә (P i ş ә v ә r i), R.Kәrimov vә b. daxil oldular.

    “Ə.” 1919 ildәn Rusiya Kommunist (bolşeviklәr) Partiyasının [RK(b)P] Bakı Komitәsi vә “Hümmәt”lә daha sıx әmәkdaşlıq etmişdir. Hәmin ilin iyunundan RK(b)P Qafqaz Ölkә Komitәsinin maliyyә yardımı ilә partiyanın qeyri-leqal “Hürriyyәt” qәzetinin nәşrinә başlanılmışdı. Azәrb. kommunist tәşkilatlarının 1920 il fevralın 11–12-dә keçirilәn birinci qurultayı Azәrb. Xalq Cümhuriyyәtini devirmәk vә hakimiyyәti әlә keçirmәk mәqsәdilә RK(b)P Bakı Komitәsini, “Hümmәt”i vә “Ə.”-i vahid Azәrb. Kommunist (bolşeviklәr) Partiyası [AK(b)P] halında birlәşdirmәyi qәrara aldı. Qurultayın seçdiyi Mәrkәzi Komitәyә “Ə.”-dәn K.C.Ağazadә, D.X.Bünyadzadә, Ə.Qarayev, A.Yusifzadә daxil oldular. Hәmin il “Ə.”-in Azәrb.-da vә onun hüdudlarından kәnarda fәaliyyәt göstәrәn bütün komitәlәri dә AK(b)P-yә daxil oldu.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç