ƏDALƏT MÜHAKİMƏSİ – dövlәt fәaliyyәtinin forması; mәhkәmәlәrin onların sәlahiyyәtinә aid cinayәt işlәrinә vә mülki işlәrә baxması vә onları hәll etmәsindәn ibarәtdir. Ə.m. qanunla müәyyәn edilmiş prosessual qaydada hәyata keçirilir (bax Cinayәt prosesi, Mülki proses). Ə.m. mövcud sosial qayda-qanunların mühafizәsinә vә möhkәmlәndirilmәsinә yönәldilir. Ə.m.nin mәqsәdi bütün idarә, müәssisә vә tәşkilatlar, vәzifәli şәxslәr, yaxud vәtәndaşlar tәrәfindәn qanunların tәlәblәrinә ciddi әmәl olunmasını tәmin etmәkdәn ibarәtdir. Yalnız mәhkәmә tәrәfindәn hәyata keçirilәn Ə.m. prosesindә qanunu pozmaqla әldә edilmiş sübutlardan istifadә oluna bilmәz. Buna uyğun olaraq, mәhkәmәnin hökmü vә qanuni әsaslar olmadan heç kәs cinayәt törәtmәkdә tәqsirli sayılmır (Azәrb. Resp. Konstitusiyası, maddә 63).