EHTİYAT GÜC, e l e k t r o t e x n i k a d a – elektroenergetika sisteminin işçi gücünün sistemin maksimal aktiv yükündәn yüksәk olması. E.g. elektrik tәchizatında kәsilmәlәrin qarşısını almaq vә elektrik cәrәyanı tezliyini verilmiş hәddә saxlamaq üçündür. E.g. yük (tәnzimlәyici) ehtiyatına, tәmir ehtiyatına, qәza ehtiyatına vә s. ayrılır. Y ü k e h t i y a t ı tәsadüfi rәqslәri vә gözlәnilmәyәn yük artımlarını tәnzimlәmәk, t ә m i r e h t i y a t ı elektrik st. avadanlığının qabaqlayıcı tәmirini aparmaq, q ә z a e h t i y a t ı isә sıradan çıxmış aqreqatları dәyişdirmәk üçündür.