ƏDALƏT MÜHAKİMƏSİ ƏLEYHİNƏ CİNAYƏTLƏR – әdalәt mühakimәsi orqanlarının normal fәaliyyәtinә qәsd edәn cinayәtlәr. Azәrb. Resp.-nın cinayәt hüququna әsasәn Ə.m.ә.c.-ә görә mәsuliyyәt Azәrb. Resp.-nın Cinayәt Mәcәllәsinin 286–307-ci maddәlәri ilә müәyyәn edilmişdir. Ə.m.ә.c.-in dörd qrupu fәrqlәndirilir: 1) tәhqiqat, istintaq, prokurorluq vә mәhkәmә orqanlarının vәzifәli şәxslәri tәrәfindәn törәdilәn cinayәtlәr – bilә-bilә tәqsiri olmayan şәxsi cinayәt mәsuliyyәtinә cәlbetmә; bilә-bilә әdalәtsiz hökm (qәtnamә, qәrardad, qәrar) çıxarma; bilә-bilә qanunsuz olaraq tutma vә ya hәbsәalma; ifadә vermәyә mәcburetmә; 2) qanunla vәzifәsi әdalәt mühakimәsini hәyata keçirәn orqanlara kömәk etmәk olan şәxslәrin törәtdiyi cinayәtlәr – bilә-bilә yalan ifadәvermә, şahidin, zәrәrçәkmiş şәxsin gәlmәkdәn, ekspertin rәy vermәkdәn boyun qaçırması; şahidin vә zәrәrçәkmiş şәxsin ifadә vermәkdәn imtina etmәsi; tәhqiqat vә ya ibtidai istintaq mәlumatlarını yayma; siyahıya alınmış vә ya üzәrinә hәbs qoyulmuş әmlakı israfetmә, özgәninkilәşdirmә, gizlәtmә vә ya dәyişdirmә; vәzifәli şәxsin mәhkәmәnin hökmünü vә ya qәtnamәsini icra etmәkdәn boyun qaçırması; 3) mәhkum vә hәbsdә olan şәxslәrin törәtdiyi cinayәtlәr – müalicә-әmәk profilaktorisindәn qaçma vә ya köçürülmüş şәxsin yaşaması qadağan edilәn yerlәrә özbaşına qayıtması; cәza çәkәn vә ya ibtidai hәbsdә olan şәxsin hәbs yerindәn vә ya mühafizә altından qaçması; 4) sair şәxslәrin törәtdiyi cinayәtlәr: bilә-bilә yalan xәbәrçilik; müqәssiri, şahidi vә ya zәrәr çәkmiş şәxsi yalan ifadә vermәyә, eksperti yalan rәy vermәyә, hәmçinin tәrcümәçini yanlış tәrcümә etmәyә vadaretmә, ya da onları pul ilә әlәalma; cinayәti gizlәtmә; cinayәt haqqında xәbәr vermәmә.