EHTİYAT QOŞUNLARI – 1) dinc dövrdә sәhra qoşunları ilә müqayisәdә mәhdud tәrkibdә saxlanan vә yalnız müharibә şәraitindә tam halda istifadә olunan qoşun növü. Qalalarda vә ölkә daxilindә qarnizon xidmәti, nәqliyyat yollarının mühafizәsi vә döyüşәn ordunun güclәndirilmәsi üçün nәzәrdә tutulurdu. 19 әsrin ikinci yarısı – 20 әsrin әvvәllәrindә Rusiya, Avstriya-Macarıstan vә Fransada mövcud olmuşdur. 2) Müharibә şәraitindә silahlı qüvvәlәrin (SQ) tez bir zamanda cәbhәboyu düzülmәsi mәqsәdilә dinc dövrdә formalaşdırılan qoşunlar. E.q.-nın әsas komponentlәrinә Milli qvardiya, SQ növlәrinin ehtiyatları, sәrhәd vә sahil qoşunları (qüvvәlәri), bәzi ölkәlәrdә hәm dә tәhlükәsizlik qüvvәlәri, jandarmeriya vә yarımhәrbi hissәlәr aiddir. E.q. ordudan tәrxis olunmuş, yaxud müvafiq hәrbi tәlim keçmiş şәxsi tәrkibdәn komplektlәşdirilir. Tәşkilati baxımdan nizami qoşunlara uyğundur. Dinc dövrdә E.q., әsasәn, ictimai asayişin qorunması, fövqәladә halların nәticәlәrinin aradan qaldırılması vә s. mәqsәdlәrlә istifadә olunur.