ƏDDİS-ƏBƏBƏ (amhara dilindә – tәzә çiçәk) – Efiopiyanın paytaxtı. Müstәqil inz. vahiddir. Əh. 3,0 mln. (2012). Efiopiya yaylasında (hünd. 2400 m-dәk) yerlәşir. Mühüm nәql. qovşağı. Beynәlxalq aeroport.
Яддис-Ябябя шящяриндян эюрцнцш.
Şәhәrin әsası 1887 ildә imperator II Menelik tәrәfindәn ilә qoyulmuş vә ilkin adı Finfinni (oromoların dilindә “qaynar bulaqlar”) olmuşdur. 1889 ildә Efiopiyanın paytaxtı buraya köçürülmüş vә şәhәr Ə.-Ə. adlandırılmışdır. 1936 ildә ikinci İtaliyaEfiopiya müharibәsi zamanı İtaliya qoşunları şәhәri tutmuş, 1936–41 illәrdә Ə.-Ə. İtaliya Şәrqi Afrikasının paytaxtı olmuşdur. Bu dövrdә minlәrlә efiopiyalı ipritlә (xar dal qaz ı) öldürülmüşdür. B.Britaniya qoşunlarının vә Efiopiya qiyamçılarının italyanlar üzәrindә qәlәbәsindәn sonra I Hayle Selassiye paytaxta qayıdaraq dәrhal şәhәrin bәrpasına başlamışdır. 1958 ildәn BMT-nin Afrika İqtisadi Komissiyasının katibliyi, 1963 ildә yaradılan Afrika Birliyi Tәşkilatının (2002 ildәn Afrika Birliyi) qәrargahı burada yerlәşir.
Şәhәr Afrikada tarixi-siyasi vә iqtisadi mövqeyinә görә “Afrikanın paytaxtı”, yaxud “Afrikanın Parisi” kimi tanınır. Ə.-Ə.dә Efiopiyanın müxtәlif regionlarından olan millәtlәrin (amharalar, oromolar, tiqrailәr, somalilәr vә b.) vә dinlәrin nümayәndәlәri (müsәlmanlar, yәhudilәr, xristianlar, әnәnәvi inanclarını saxlayanlar) yaşayır.
Hind-müsәlman memarlığı üslubunda Böyük saray (1894–97), neoklassik üslubda Yeni saray vә Müq. Georgi kilsәsi (hәr ikisi 19 әsrin sonu), II Menelik hospitalı (1910), “Iteqe” hoteli (1907) 19 әsrin sonu – 20 әsrin әvvәllәrinә aid tikililәrdir. Avropa tipli yaşayış evlәrinin inşası 1910– 20-ci illәrә tәsadüf edir. Ə.-Ə.-nin yenidәn qurulması planına (1954–56, memar L.P. Aberkrombi) әsasәn un-t, Milli teatr (1955), Afrika evi (1961), Milli bank (1973–76) inşa edilmişdir. Şәhәrdә II Menelikin at üstündә heykәli (1894), İtaliya işğalından (1936–41) qurtulişa hәsr olunmuş abidә (1955, heykәltәraş A.Avqustinçiç) vә s. var.
Яддис-Ябябя. Мцгяддяс Эеорэи килсяси.
Ə.-Ə.-dә arxeologiya vә k.t. elmi tәdqiqat in-tları, un-t (1950 ildәn), Milli kitabxana vә arxiv (1944), un-t kitabxanası, Britaniya şurası kitabxanası (1959), Müq. Yareda milli musiqi mәktәbi (1963 ildәn; milli vә Avropa musiqisi tәdris olunur), Milli kinematoqrafiya mәrkәzi (1979), Milli muzey (1954), Arxeologiya muzeyi (1907), Efiopiya tәdqiqat in-tunun muzeyi (1952); Qәrbtipli musiqi kollektivlәri, o cümlәdәn hәrbi mәrasimlәr üçün ork. (1924) vә saray ork.-i. mövcuddur. Ə.-Ə.nin teatr ork.-i nәzdindә әnәnәvi vә caz ansamblları (1946), hәmçinin Efiopiya milli ork.-i (1963) fәaliyyәt göstәrir.
Яддис-Ябябя. Африка Иттифагынын конфранс мяркязи.
Ölkәnin mühüm sәnaye vә ticarәt mәrkәzidir. Yüngül, yeyinti, ağac emalı sәnayesi müәssisәlәri fәaliyyәt göstәriri Tikinti materialları, nәql. vasitәlәri, k.t. avadanlığı vә alәtlәri istehsal olunur.
Яддис-Ябябя. ЫЫ Менеликин щейкяли.