“ƏDƏB” – Tәbrizdә 1898–99 illәrdә fars dilindә litoqrafiya üsulu ilә nәşr edilmiş qәzet. Ayda üç dәfә buraxılırdı. Redaktoru Sadıq xan Ədibülmәmalik Fәrәhani idi. Qәzet mütәrәqqi ictimai fikirlәrin yayılmasında böyük rol oynamışdır. İlk nömrәsi “Cәrideyi-әdәb”, son nömrәsi “Ədәb” adı ilә çıxmışdır.
Əd.: Enver Uzu n. Güney Azerbaycan basın tarihi (1816–2002). Trabzon, 2002; Cәnubi Azәrbaycan tarixinin oçerki (1828–1917). B., 1985.