ƏDƏBİ DİL – xalqın öz mәdәni ehtiyaclarını ödәmәk üçün işlәtdiyi normalaşdırılmış dil. Ə.d. elmi vә bәdii әsәrlәrdә, mәtbuatda vә idarәçilik aparatında, televiziya vә radioda, mәktәblәrdә işlәdilir. Dialektlәrә, loru dilә, jarqonlara qarşı qoyulur. İki qolu var: yazılı vә şifahi. Ə.d.-dә elmifiloloji qayda vә normalar mövcuddur. Zәngin üslublar sisteminә malik olan, daim yenilәşsә dә sabit әnәnәni qoruyub saxlayan Ə.d. universaldır vә cәmiyyәt hәyatının bütün sahәlәrindә geniş istifadәsi zәruri hesab edilir.