EXOPRÁKSİYA (exo + qәdim yun. πράξις – funksiya, hәrәkәt) – başqalarının hәrәkәtinin avtomatik tәkrarlanması. Müxtәlif formada tәzahür edir: xәstә çox vaxt qarşısında edilәn nisbәtәn elementar hәrәkәtlәri (әl çalmaq, әllәri qaldırmaq vә s.) tәkrarlayır. Autizm, şizofreniya, beynin üzvi zәdәlәnmәsi zamanı müşahidә olunur.