EXOSKÓP (exo + … skop) – insanın daxili orqanlarının müayinәsi üçün işlәdilәn tibbi ultrasәs cihazı. İş prinsipi müxtәlif sıxlıqlı iki mühitin sәrhәdindәn sәs dalğalarının qismәn әksolunmasına әsaslanır. Oftalmologiya, mamalıq, kardiologiya vә s. sahәlәrdә tәtbiq edilir.