Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏDƏBİ MƏCLİS

    ƏDƏBİ MƏCLİS – dünyagörüşü, yaradıcılığı, bәdii zövqü, әdәbi maraq dairәsi vә s. cәhәtlәrdәn bir-birinә yaxın yazıçıların birliyi. Müxtәlif dövrlәrdә “akademiya”, “salon”, “loja” vә adlarla fәaliyyәt göstәrmişdir. Avropada Ə.m.-lәrin әn qәdim örnәklәri e.ә. 1 әsrdә Roma mәdәniyyәtinin “qızıl dövrü”ndә Qay Silnius Mesenat tәrәfindәn qurulan, Vergili, Horatsi, Propersi kimi mәşhur yazıçıların da daxil olduğu әdәbi dәrnәk vә natiq Messal Korvinin ona müxalif olaraq yaratdığı, Tibul vә Ovidinin dә iştirak etdiyi әdәbi dәrnәk olmuşdur. 8 әsrin sonunda “Böyük Karlın akademiyası” Ə.m. rolunu oynamışdır. 12– 13 әsrlәrdә iri feodalların malikanәlәrindә cәngavәrlik poeziyasının çiçәklәnmәsinә gәtirib çıxarmış dünyәvi dәrnәk-salonlar fәaliyyәt göstәrirdi. Navarralı Marqaritanın dәrnәyi (16 әsr) Fransada İntibah dövründә әn böyük әdәbi mәrkәzlәrdәn biri olmuşdur. 17 әsrdә әdәbi salonlar yaranmağa başlamışdı (mәs., markiza de Rambuyenin salonu), 19 әsrdә madam Anselonun salonu xüsusilә geniş şöhrәt qazanmışdı. 50–60-cı illәrdә “incәsәnәt incәsәnәt üçün” şüarı altında birlәşmiş “Parnas” şairlәr mәclisi fәaliyyәt göstәrirdi. Rusiyada ilk dәrnәklәr 18 әsrin 30–40-cı illәrindә meydana gәlmişdir.

    Azәrb.-da ilk Ə.m.-lәr hökmdarların saraylarında yaradılmış, 12 әsrdәn Eldәnizlәrin, Şirvanşahların, 16 әsrdә isә Şah İsmayıl Xәtainin sarayında dövrün görkәmli sәnәtkarlarının toplandığı Ə.m.-lәr olmuşdur. Hәmin mәclislәrә mәliküş-şüәralar rәhbәrlik etmişlәr. 19 әsrdә Azәrb.-ın bir sıra şәhәrlәrindә, әvvәllәr ayrı-ayrı xanların saraylarında, sonralar isә bir çox mәdrәsә vә şәxsi evlәrdә Ə.m.-lәr fәaliyyәt göstәrmişdir: Gәncәdә (sonralar Tiflisdә vә yenidәn Gәncәdә) “Divani-hikmәt” (1820– 80-ci illәr), Qubada “Gülüstan” (1835–?), Ordubadda “Əncümәni-şüәra” (1838–1903),

    Lәnkәranda “Fövcül-füsәha” (1850–1900), Şuşada “Mәclisi-üns” (1864–97), “Mәclisiramuşan” (1872–20 әsrin 10-cu illәri), Şamaxıda “Beyt üs-Sәfa” (1860–88), Bakıda “Mәcmә üş-şüәra” (1880–tәqr. 1915) vә s. M.Ş.Vazeh, A.Bakıxanov, M.T.Sidqi, X.Natәvan, M.M.Nәvvab, S.Ə.Şirvani vә b.-nın başçılıq etdiklәri bu mәclislәrdә Azәrb. vә Şәrq klassiklәrinin әsәrlәri, mәclis üzvlәrinin yeni şeirlәri müzakirә olunur, әdәbiyyat, tarix, musiqi, fәlsәfә vә s. mәsәlәlәrә dair söhbәtlәr aparılırdı. Şuşa, Şamaxı vә Bakı mәclislәrindә mәşhur xanәndә vә musiqiçilәr dә iştirak edirdilәr. Ə.m.-lәr Azәrb. әdәbi-bәdii fikrinin inkişafında әhәmiyyәtli rol oynamışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç