EKKLESİYA (yun. Ekklēsía) – Qәdim Yunanıstanda xalq toplantısının әn çox yayılmış adı. Demokratik polislәrdә (mәs., Afinada Perikl dövründә, e.ә. 5 әsrin ortaları) E. qanunverici, icraedici vә mәhkәmә hakimiyyәtini hәyata keçirәn, vәzifәli şәxslәri seçәn ali dövlәt orqanı idi. Oliqarxiya quruluşlu dә E.-nın hüquqları müxtәlif şura vә kollegiya tipli digәr dövlәt orqanları tәrәfindәn mәhdudlaşdırılırdı. Bir sıra polisdә xalq toplantılarının xüsusi adı vardı: Spartada – apella, Delfada vә Fessaliyanın şәhәrlәrindә – aqora, Arqosda, Epidavrda, Geledә, Akraqantda – aliya. Sonrakı dövr antik yazıçıların әsәrlәrindә xalq yığıncaqlarının keçirildiyi yer dә E. adlandırılırdı.
Xristianlıqda E. hәm dindarlar icmasının, hәm dә kilsәnin adıdır.