EKLOGİT – kristal dәnәli sal süxur. Әsasәn, qranat vә piroksendәn (omfasit), az miqdarda kianit, çöl şpatı, amfibol, sfen vә s.-dәn ibarәtdir. Bir sıra tәdqiqatçılar E.-i yüksәk tәzyiq vә temp-rda yaranan metamorfik süxur, digәrlәri isә qab- bronun abissal fasiyası olan maqmatik süxur hesab edirlәr. Kimyәvi tәrkibinә görә E. qabbro-noritә uyğundur vә xüsusi çәkisinin daha yüksәk (3,35–4,2 q/sm3) olması ilә fәrqlәnir. Amfibolit vә qranulit fasiyalarına mәxsus, nisbәtәn az metamorfizlәşmiş süxurlar içәrisindә kiçik qatlar vә ya ayrı-ayrı cisimlәr әmәlә gәtirir. E.-lәrlә rutil vә almaz (dәrinlik kimberlit borularında) yataqları әlaqәdardır.