EKLS, E k k l s (Eccles) Con Keryu (27.1.1903, Avstraliya, Melburn – 2.5.1997, İşveçrә, Kontre) – Avstraliya fizioloqu. Nobel mükafatı laureatı (1963, A.L.Hockin vә A.F.Haksli ilә birlikdә). London Kral Cәmiyyәtinin üzvü (1941 ildәn). Melburn Un-tini (1925) vә Oksforddakı Maqdalen kollecini (1929) bitirmişdir. 1928–37 illәrdә Ç.Şerrinqtonun laboratoriyasında işlәmiş, Oksford Un-tindә dәrs demiş, Sidneydә Patologiya İn-tunun direktoru (1937–44), Yeni Zelandiyadakı Otaqo Un-tinin prof.-u (1944–51) vә Kanberradakı Avstraliya Milli Un-tinin prof.-u (1951–66), Avstraliya EA-nın prezidenti (1957–61), Neyrobiologiya Elmi Tәdqiqat İn-tunun әmәkdar prof.-u vә direktoru, Nyu-York Un-tinin sәhiyyә fakültәsinin dekanı (1963 ildәn) olmuş, 1966–75 illәrdә Çikaqo vә Nyu-York un-tlәrindә biotibbi tәdqiqatlar aparmışdır. 1975 ildәn İsveçrәdә yaşamışdır. Әsәrlәri sinir hüceyrәlәrindә elektrik proseslәrinә hәsr edilmişdir. Sinir hüceyrәlәrinin oyanması vә tormozlanmasının ion mexanizmlәrinin öyrәnilmәsindә xidmәti böyükdür. Bir hüceyrәdә yaranan sinir impulslarının qonşu hüceyrәlәrә necә ötürüldüyünü göstәrmişdir. U.Q.Penfildlә birlikdә “İnsanın sirri”, K.P.Popperlә birlikdә “Şәxsiyyәt vә beyin” kitablarını yazmışdır.
Ә s ә r l ә r i: Физиология нервных клеток. М., 1959; Физиология синапсов. М., 1966; Тормозные пути центральной нервной системы. М., 1971; The understanding of the brain. N. Y., 1973.