ÉKMAN Vaqn Valfrid (3.5.1874, Stokholm – 9.3. 1954, Qostad) – İsveç geofiziki, İsveç Kral EA üzvü. Upsala (1893–96) vә Stokholm (1896–1901) un-tlәrindә tәhsil almış, Stokholm Un-tinin prof.-u (1910–39) olmuşdur. Tәdqiqatları fiziki okeanoqrafiya sahәsinә aiddir. Dәnizdә dreyf (külәk) vә qradiyent axınları nәzәriyyәsini (1905) yaratmışdır. Dәrinliyә getdikcә axın sürәtinin fırlanma vektorunu (E. spiralı) kәşf etmişdir.