ÉKOFİSK NEFT-QAZ YATAĞI – Şimal dәnizinin Norveç sektorunda, Tissayd qәs.-ndәn 350 km şm.-ş.-dә yerlәşir. Mәrkәzi Avropa neftli-qazlı hövzәsinә daxildir. 1969 ildә kәşf edilmişdir. 1971 ildәn istismar edilir; 1977 ildәn sәmt qazı da hasil olunur. Neftin ilkin sәnaye ehtiyatı 230 mln. t, qaz ehtiyatı 60 mlrd. m3-dir. Yataq braxiantiklinal qırışıqla әlaqәdardır; 3 km-dәn artıq dәrinlikdәki Üst Tәbaşir әhәngdaşıları mәhsuldardır. Neftin sıxlığı 847 kq/m3, kükürdlülüyü 0,21%-dir. Neft Tissayd qәs.-nә, qaz isә kәmәrlәr vasitәsilә Emden ş.-nә nәql edilir.