Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏDƏBİ TƏNQİD

    ƏDƏBİ TƏNQİD әbiyyatşünaslığın әsas sahәlәrindәn biri; әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü. Ə.t.-in vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Şәrq әdәbiyyatşünaslığında bu termin müstәqim anlamında da işlәnmiş, әsasәn, bәdii әsәrin qüsurlarını  ortaya çıxaran elm hesab olunmuşdur. Qәrb ölkәlәrindә Ə.t.-in tarixi әdәbiyyatşünaslığın inkişafı ilә sıx bağlı olmuş, әdәbiyyatın tәnqidi müzakirәsi bәdii әsәrin meydana gәlmәsi ilә eyni vaxta tәsadüf etmişdir.

    Əsәrin ideyası vә bәdii xüsusiyyәtlәrinin aydınlaşdırılması hәmişә qiymәtlәndirici mülahizә vә müzakirәlәrlә müşayiәt olunur. Bu mülahizәlәr bәdii-estetik norma vә qaydalar, habelә dövrün sosial, ictimaisiyasi tәlәblәrindәn doğan tәsәvvürlәr әsasında yaranır. Tәnqidçi әsәrdә müәllifin dünyaya baxışını, onun dövrün ictimai-siyasi proseslәrini, hәyatın reallıqlarını bәdii yolla açmasını, hәmçinin tәsvir etdiyi hәyat lövhәlәrinin, insan xarakterlәrinin nә dәrәcәdә düzgün vә tәbii olduğunu dәyәrlәndirir. Eyni zamanda tәnqidçi bәdii әdәbiyyatın estetik dәyәri, bәdii kamilliyi haqqında fikir söylәyir, hәr әsәrin, yaxud hәr yazıçının әdәbi prosesdәki mövqeyini qiymәtlәndirir. Ə.t. müstәqil fәaliyyәt sahәsi kimi Qәdim Yunanıstan vә Romada, hәmçinin Hindistan vә Çindә yaranmışdır. Bir sıra görkәmli yazıçı (D.Didro, Q.E.Lessinq, V.Hüqo, E.Zolya vә b.) vә tәnqidçilәr (Ş.O.Sent-Böv, İ.Ten, G.Brandes vә b.) әdәbiyyatın estetik inkişaf proqramını irәli sürmüşlәr. Rusiyada Ə.t.-in ilk nümunәlәri 18 әsrә tәsadüf edir (M.V.Lomonosov, A.D.Kantemir, V.K.Trediakovski). 19 әsr rus realist Ə.t.-inin özәyini V.Q.Belinski, N.Q.Çernışevski, A.İ.Gertsen, N.A.Dobrolyubov vә b.-nın әdәbi-tәnqidi irsi tәşkil edir.

    Azәrb.-da әdәbi-tәnqidi fikrin tarixi qәdimdir. Nizami, Xaqani, Füzuli vә b. bәdii sözün qüdrәti, әdәbiyyatın ideyaestetik vә ictimai-tәrbiyәvi rolu haqqında qiymәtli fikirlәr söylәmişlәr. Orta әsrlәrdә Şәrqdә, o cümlәdәn Azәrb.-da çox yayılmış elmi-әdәbi tәzkirәlәrdә dövrün ictimaisiyasi hadisәlәri, ayrı-ayrı әsәrlәr, bәzәn şairlәrin yaradıcılığı haqqında mülahizәlәr dә yürüdülürdü. Lakin müasir mәnada peşәkar Ə.t.-in yaranması M.F.Axundzadәnin adı ilә bağlıdır. Onun realist әdәbi-estetik görüşlәrini H.Zәrdabi, N.Nәrimanov, F.Köçәrli, S.Hüseyn, A.Şaiq vә b. davam etdirmişlәr. Ə.t.-in sonrakı inkişafında vә tәşәkkülündә M.Hüseyn, M.A.Dadaşzadә, S.Vurğun, M.İbrahimov, M.C.Cәfәrov, M.Cәlal, Ə.Ağayev, Y.Qarayev, B.Nәbiyev vә b.-nın böyük xidmәtlәri olmuşdur.

    Müasir Ə.t.-dә mәqalә, resenziya, xülasә, esse, әdәbi portret, әdәbi-tәnqidi dialoq, polemik replika, biblioqrafik qeyd kimi janrlar inkişaf etmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç