Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EKOLOGİYA

    EKOLÓGİYA (yun. οικολ – mәskәn + logiya) – müxtәlif sәviyyәlәrdәn olan orqanizmüstü sistemlәrin: populyasiyaların, biosenozların (bitki qruplaşmalarının), biogeosenozların (ekosistemlәrin), biosferin tәşkilini vә fәaliyyәtini öyrәnәn elm. E. termini ilk dәfә alman bioloqu Ernst Hekkel tәrәfindәn 1866 ildә “Orqanizmlәrin ümumi morfologiyası” kitabında işlәnmişdir. E. çox vaxt orqanizmlәrin öz aralarında vә әtraf mühitlә olan qarşılıqlı münasibәtlәrini öyrәnәn elm kimi dә başa düşülür. Müasir E. insanın biosferlә olan qarşılıqlı münasibәtlәrini intensiv surәtdә tәdqiq edir. Tәsnifata görә E. ümumi vә xüsusi olur. Ü m u m i E. orqanizmüstü sistemlәrin tәşkili vә fәaliyyәtini öyrәnir. Buraya hәm bir növün eyni әrazidә yaşayaraq ümumi genefonda malik fәrdlәrini öyrәnәn populyasiya E.-sı, hәm dә biogeosenologiya daxildir. X ü s u s i E.-ya bitki E.-sı, heyvan E.-sı, bakteriya E.-sı, göbәlәk E.-sı vә digәr daha xırda taksonların E.-sı daxildir. Keçmiş geoloji dövrlәrdә orqanizmlәrin abiotik vә biotik mühitlә münasibәtlәri, orqanizmlәrin qazıntı qalıqlarına görә qәdim senozların bәrpası problemlәri paleoekologiyanın mövzusudur. E.-nın bir çox sahәsi praktiki sәciyyә daşıyır. Mәs., k.t. E.-sı, sәnaye E.-sı, tibbi E., nәqliyyat E.-sı, kosmik E. vә s. Tәbii mühitin insan cәmiyyәtinә tәsirini, urbanizasiyaya mәruz qalmış biogeosenozların xüsusiyyәtlәrini 20 әsrin ortalarında yaranmış insan E.-sı öyrәnir. Әtraf mühitin radioaktiv çirklәnmәsi ilә artan tәhlükә radioekologiyanın meydana gәlmәsinә sәbәb olmuşdur.

    E. bir elm kimi botanika vә zoologiyanın tәrkibindә yaranmışdır. Burada ilk növbәdә mühit amillәrinin canlı orqanizmlәrin hәyat tәrzinә göstәrdiyi tәsirә dair tәdqiqatların rolu böyükdür. 18 әsr tәbiәtşünaslarının (xüsusilә K.Linney vә J.Büffon) işlәrindә qiymәtli ekoloji müşahidәlәr vardır. E.-nın formalaşmasında Ç.Darvinin “Növlәrin mәnşәyi...” әsәrinin (1859) tәsiri böyükdür. Az sonra alman zooloqu K.Mebiusun (1877) tәklif etdiyi “biosenoz” terminindәn geniş istifadә olunmağa başlamışdır. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә bitkilәrin E.-sı üzrә Danimarka botaniki E.Varminq (1895) vә alman alimi A.Şimper (1898), heyvanların E.-sı üzrә alman zooloqu R. Hesse (1912) vә amerikalı Ç.Adams (1914) mühüm tәdqiqatlar aparmışlar. Rus alimlәrindәn K.F.Rulyenin, Q.F.Morozovun, V.N.Sukaçovun әsәrlәri E.-nın inkişafında böyük rol oynamışdır. Sukaçov fitosenologiyada eksperimental istiqamәtin әsas mәsәlәsini – növdaxili vә növarası rәqabәt me- xanizmini tәdqiq etmişdir. Nәzәri E.-nın inkişafında ingilis alimi Ç.Eltonun “Heyvanların ekologiyası” (1927) әsәri böyük әhәmiyyәtә malikdir. N.A.Severtsov E.-nı yaşamaq uğrunda mübarizә haqqında elm adlandırmışdır. Müasir E.-nın sәciyyәvi xüsusiyyәti onun bütün biosferi әhatәlәyәn proseslәri tәdqiq etmәsidir. 1920–30-cu illәrdә V.İ.Vernadski biosfer haqqında tәlim işlәyib hazırlamışdır.

    Müasir E.-da müxtәlif növlәrә mәxsus populyasiyaların qarşılıqlı münasibәtlәrinin, әsasәn, rәqabәt vә yırtıcılığın tәdqiqi mühüm yer tutur. Riyaziyyat, fizika, kimya, elәcә dә humanitar elmlәrin nailiyyәtlәrinin E.-ya tәsiri böyükdür. E. aqrosenozları k.t. elmlәri ilә qarşılıqlı әlaqәdә tәdqiq edir. E. tәbii ehtiyatlardan istifadә etmәk, onları qorumaq, әtraf mühiti insanların yaşaması üçün әlverişli vәziyyәtdә saxlamaq tәdbirlәri üçün elmi әsas yaradır. Bitkilәrin mәdәnilәşdirilmәsi vә heyvanların әhlilәşdirilmәsi, elәcә dә balıqçılıq vә ovçulugun tәşkilinin elmi qaydaları E.-nın nailiyyәtlәri әsasında işlәnib hazırlanır.

    Tәbii vә antropogen sistemlәrin strukturunun vә fәaliyyәtinin miqdari metodlarla müfәssәl öyrәnilmәsi müasir E.-nın әsas vәzifәsidir. Populyasiya E.-sı fәrdlәrin mәkanda yerlәşmәsini, populyasiyanın yaş vә cinsiyyәt üzrә strukturunu, etoloji (davranış) xüsusiyyәtlәrini tәdqiq
    edir. Burada mәrkәzi yeri populyasiyanın say dinamikası vә onun tәnzimlәnmә mexanizmlәrinin açıqlanması tutur. Populyasiya E.-sının bir çox mәsәlәsi müxtәlif orqanizmlәrin laboratoriyalarda yerlәşdirilmiş model populyasiyaları üzәrindә öyrәnilir. Populyasiyanın böyümә sürәtinin qiymәtlәndirilmәsi üçün demoqrafiya vә riyazi modellәşdirmә üsullarından istifadә olunur. Populyasiyanın genetik tәrkibi ilә onun ekoloji xarakteristikaları arasında olan qarşılıqlı әlaqә tәkamül E.-sının mühüm problemidir. Müxtәlif növlәrin populyasiyalarından olan, özünәrәqabәt, yırtıcılıq, parazitizm, kommensalizm, mutualizm formasında üzә çıxan qarşılıqlı tәsirlәrin öyrәnilmәsinin böyük әhәmiyyәti vardır.

    Müasir E.-nın tәdqiq etdiyi mәsәlәlәrin yetәrincә müxtәlifliyi onu bir çox tәbiәt vә humanitar elmlәrlә geniş әlaqәlәndirir. Populyasiya E.-sı genetika, fiziologiya, etologiya, biocoğrafiya, sistematika vә demoqrafiya, biosenologiya isә landşaftşünaslıq, biogeokimya, torpaqşünaslıq, hidrologiya, hidrokimya, iqlimşünaslıq vә әtraf mühit haqqında başqa elmlәrlә bağlıdır. E.-nın tәsiri altında bir çox bioloji elmlәrdә hәyatın bu vә ya digәr tәrәflәrini ekoloji cәhәtdәn öyrәnәn ekoloji fiziologiya, ekoloji morfologiya, ekoloji sitologiya, ekoloji genetika kimi istiqamәtlәr formalaşır. Riyaziyyat, fizika vә kimya kimi elmlәrin nailiyyәtlәrinin E.-ya böyük tәsiri olmuşdur. E.-nın sosiologiya, iqtisadiyyat, hüquqşünaslıq, etika kimi humanitar elmlәrlә sıx әlaqәsi vardır. O, hәm dә k.t. elmlәri vә biogeokimya ilә sıx bağlıdır.

    Tәbii sәrvәtlәrdәn mәqsәdәuyğun istifadә vә onların mühafizәsi, әtraf mühitin insana lazım olan vәziyyәtdә saxlanması tәdbirlәrinin görülmәsi üçün E. elmi baza rolunu oynayır. Tәbii ekosistemlәrdә maddәlәr vә enerji çevrilmәsinin әsas prinsiplәrinin aşkara çıxarılması biosferdә әmәlә gәlәn, insana lazım olan maddәlәrin miq- darının artırılmasına vә keyfiyyәtinin yaxşılaşdırılmasına yönәlmiş tәdbirlәrin elmi әsasıdır. Populyasiyaların say dinamikasının tәnzimlәnmәsinә aid tәbii mexanizmin tәdqiqi iqtisadi cәhәtdәn mühüm növlәrin miqdarının idarә olunması tәdbirlәrinin işlәnib hazırlanmasına imkan verir. Populyasiya dinamikasının әsas amillәrinin müәyyәn olunması k.t. vә meşә zәrәrvericilәri, yoluxucu xәstәliklәrin keçiricilәri ilә mübarizә aparmaq üçün mühüm şәrtdir. E.-nın nailiyyәtlәri zәrәrli orqanizmlәrlә mübarizәdә
    onları bütün biosenoza zәrbә vuran geniş tәsirli pestisidlәrlә tam mәhv etmәk cәhdlәri әvәzinә, bioloji vә aqrotexniki üsullarla müәyyәn növlәrin sayının hәqiqәtәn tәnzimlәnmәsinә keçmәk üçün elmi vasitәlәrdәndir.

    E.-nın mühüm vәzifәlәrindәn biri daxili su hövzәlәrinin bioloji vә hidrokimyәvi rejiminin pozulması nәticәsindә plankton göy-yaşıl yosunların çox artması, qiymәtli balıqların sayının azalması, suyun keyfiyyәtinin aşağı düşmәsi ilә müşayiәt olunan evtrofikasiyasının öyrәnilmәsidir. Vәhşi tәbiәtin mühafizәsi vә mәqsәdәuyğun istifadәsi üzrә tәdbirlәrin hazırlanması, qo- ruqların, yasaqlıqların, milli parkların vә biosfer rezervatlarının yaradılması, landşaftların planlaşdırılması ekoloqların tövsiyәlәri әsasında hәyata keçirilir.

    Elmi-texniki tәrәqqi cәmiyyәtin tәsәr- rüfat fәaliyyәtinin daim intensivlәşdirilmәsi vә genişlәndirilmәsi ilә bağlıdır. Bu, atmosferin tәrkibinә, planetin istilik rejiminә, radioaktiv fonuna, Dünya okeanının vә daxili suların çirklәnmәsinә, şirin su ehtiyatlarının, bәrpa oluna bilmәyәn xammal vә enerji ehtiyatlarının azalmasına, tam zәrәrsizlәşdirilmәmiş biokimyәvi vә zәrәrli tullantıların atmosferә atılması, mühitin insan sağlamlığına bilavasitә vә dolayı tәsiri kimi ekoloji problemlәrә diqqәtin artırılmasını tәlәb edir.

    Hәm elm sahәlәrindә, hәm dә istehsalatda sosial ekoloji tәfәkkürün formalaşdığı indiki mәrhәlәdә әtraf mühitә vә insan fәaliyyәtinә vahid sistem kimi yanaşan E. insanın tәbii tarazlığa tәsirini araşdırır, insanla tәbiәt arasında olan qarşılıqlı münasibәtlәrin idarә olunması vә sәmәrәlәşdirilmәsi mәsәlәsinә böyük diqqәt yetirir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV