Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏDƏBİYYAT

    ƏDƏBİYYAT (әr. sözündәn) – bәdii yaradıcılıq növü; material qismindә dildәn istifadә etdiyi üçün hәm dә söz sәnәti adlanır. Ə.-ın mәnşәyi şifahi xalq yaradıcılığı ilә bağlııdır: hәlә sinifsiz cәmiyyәtdә şifahi surәtdә, mahnı vә epik hekayә şәklindә yaranmağa başlamışdır. Kollektiv әmәk, ibtidai mifologiya, kosmoqoniya vә tarixlә möhkәm bağlı olan Ə. musiqi ilә sıx әlaqәdә ortaya çıxmışdır ki, bu әlaqәnin әn sәciyyәvi nümunәsi mahnıdır. Tәdricәn mahnının mәrasim tamaşalarından, sözün havacatdan ayrılması, şifahi şәkildә ifa olunan mәnzum vә mәnsur әsәrin yazılı mәtn, sonra isә daha mürәkkәb tәhkiyә formaları alması uzun zaman davam edәn ictimai inkişaf prosesindә vә müxtәlif milli-tarixi zәmindә baş vermişdir.

    Yazı vә kitab çapı meydana çıxdıqdan sonra Ə. deyildikdә, mәhz yazıda maddilәşmiş әsәrlәr anlaşılmışdır. Ə.-ın belә geniş mәnada anlamı uzun müasir dövrdә dә qismәn qalmaqdadır. “Ə.” termini bir tәrәfdәn yaradıcılıq fәaliyyәtini, digәr tәrәfdәn bilavasitә әdәbi әsәri bildirir. İctimai şüurda, bir qayda olaraq, әdәbi әsәr anlayışı üstünlük tәşkil edir. Ə.-ın diqqәt mәrkәzindә insan, onun bütün fәaliyyәti vә mәnәvi hәyatı dayanır. Ə. sәnәtkarın siyasi marağının, tәsvir olunan hadisәlәrә ictimai mahiyyәtli fәal münasibәtinin ifadәsi baxımından sәnәtin digәr növlәrinә nisbәtәn daha geniş imkanlara malikdir. 19 әsrdәn başlayaraq, nәzәri-estetik (Hegel) mәzmun vә ideya xüsusiyyәtlәri ön plana çәkilmiş, әdәbi әsәrlәr sәnәtin başqa növlәrindәn daha artıq elmi, fәlsәfi, publisist әsәrlәrlә bir sıraya qoyulmuşdur. Ə. müasir dövrdә incәsәnәtin әn demokratik vә kütlәvi növüdür. O, ictimai şüuru, insan hәyatının rәngarәngliyini vә mürәkkәbliyini sözlә yaradılmış bәdii obrazlar vasitәsilә әks etdirir. Ədәbi әsәrlәr forma әlamәtlәrinә görә 2 әsas tipә (poeziya sr) vә 3 növә (epos, lirika, dram) bölünür. Mәzmun vә forma xüsusiyyәtlәrindәn asılı olaraq, әdәbi әsәrlәr bu vә digәr janra aid edilir. Əsәrin ideya mәzmunu mövzu süjetdә әksini tapır. Oxu prosesindә әsәrin konflikti, fabulası, mövzusu vә ideyası dәrk olunur. Ə.-ın diqqәt mәrkәzindә insanın әmәllәri, mәnәvi alәmi, dünyabaxışı, fәrdi, psixoloji keyfiyyәtlәri durur. İnsanı inkişaf prosesindә, hәrtәrәfli tәsvir etmәsi Ə.-a çoxşaxәli surәtlәr sistemi yaratmaq, hәr dövrün estetik idealını hәm pozitiv, hәm dә neqativ planda, әtraflı ifadә etmәk imkanı verir. Zahiri vә daxili alәmin bütün rәngarәngliyi ilә göstәrilәn müsbәt qәhrәman böyük ictimai tәsir qüvvәsinә malik olur. Onların әn uğurluları rәmz, tip sәviyyәsinә yüksәlәrәk, ümumilәşmiş sosial-estetik mәna kәsb edir (mәs., Fәrhad, Mәcnun, Hamlet, Otello, Faust, Cahandar ağa, Sevil vә b.). Bәdii әsәrlәr insanlar arasında mәnәviemosional ünsiyyәt vasitәsi, hәm dә yaradıcılıq vә idrak aktıdır. Hәyatı bәdii obrazlar vasitәsilә canlandıran sәnәtkar, istedadının, idrak vә hissinin qüdrәtilә oxucunu müxtәlif dövrlәrә, ölkәlәrә aparır, müxtәlif insan talelәri, şәxsiyyәtin daxili alәminin incәliklәri ilә tanış edir, xeyli әvvәl baş vermiş, yaxud hazırda cәrәyan edәn hadisәlәrin iştirakçısına çevirir. İlk baxışda oxucu varlığı dәrk edir, әslindә isә o, yazıçı tәxәyyülünün yaratdığı alәmi anlamış olur. Sәnәt әsәrinin orijinallığı, doğurduğu hisslәrin fәrdiliyi dә bununla şәrtlәnir. Ə.-da tәcәssüm etdirilәn bәdii hәqiqәt daha dolğun dәrk olunur, dәrin tәhlil vә yüksәk ümumilәşdirmә sәviyyәsinә qaldırılır. Buna görә dә Ə. әn ideyalı vә ideoloji sәnәt növü hesab edilir. Ayrıayrı tarixi dövrlәrdә vә ölkәlәrdә müxtәlif sәnәt konsepsiyaları, metod vә cәrәyanlar (Renessans, Klassisizm, Maarifçilik, Romantizm, Realizm, Naturalizm, Simvolizm vә s.) yaranmışdır.

    17–18 әsrlәrdә Azәrb. Ə.-ı şifahi xalq yaradıcılığının, әsasәn, aşıq sәnәtinin tәsiri altında canlı hәyata, xalq dilinә yaxın olmuş, poeziyada realizmә keçid dövrünün tәmәli qoyulmuşdur. Ş.İ.Xәtai (1487– 1524), M.V.Vidadi (1707–1801), xüsusәn M.P.Vaqif (1717–97) sadә dildә yazdıqları әsәrlәrlә poeziyanı xalqa daha da yaxınlaşdırdılar. 19 әsrin әvvәllәrindә Ə.-da qәrbyönümlü meyillәr güclәnmiş, milli vә realist dünyәvi motivlәr aparıcı mövqeyә çıxmışdır. Ədәbi mühitdә tәnqidi-realist satiranın nümayәndәlәri (Q.Zakir, 1784– 1857; S.Ə.Şirvani, 1835–88 vә b.)  M.Füzuli әnәnәlәrini yeni sәviyyәdә davam etdirәrәk, uzun müddәt poetik inkişafın istiqamәtini müәyyәnlәşdirmişlәr. 20 әsrdә meydana gәlmiş realist vә romantik әdәbiyyatın nümayәndәlәri  (C.Mәmmәdquluzadә, 1869–1932; Ə.Haqverdiyev, 1870–1933; M.Ə.Sabir, 1862–1911; A.Sәhhәt, 1874–1918; H.Cavid, 1884–1944 vә b.) öz yaradıcılıqları ilә Azәrb. Ə.-nı dünya әdәbimәdәni fikrinin әn yaxşı nümunәlәri sәviyyәsinә qaldırmışlar. R.Rza, S.Vurğun, S.Rüstәm, M.İbrahimov, S.Rәhimov, İ.Əfәndiyev vә b. qәlәm sahiblәrinin yaradıcılığı ilә yenilәşәn Azәrb. әdәbiyyatı sovet dövrünün  xüsusiyyәtlәrindәn  irәli gәlәn bir sıra әlamәtlәri daşımaqla yanaşı, sonrakı әdәbi nailiyyәtlәr üçün zәmin hazırlamışdır. 20 әsrin 50–60-cı illәrindә bәdii yaradıcılıq sahәsinә gәlәn yazarlar (İ.Hüseynov, N.Xәzri, B.Vahabzadә, N.Hәsәnzadә, X.Rza, F.Qoca, M.Araz, Y.Sәmәdoğlu, Anar, Elçin, İ.Mәlikzadә vә b.) әnәnәlәrә әsaslanmaqla, qabaqcıl dünya әdәbiyyatının yeni mövzuları vә novator yaradıcılıq üslublarına yiyәlәnәrәk bәdii estetik baxımdan bir sıra qiymәtli nәsr vә poeziya nümunәlәri yaratmışlar. Söz vә fikir azadlığı, siyasi düşüncә sәrbәstliyi, milli istiqlal, sosial әdalәt uğrunda Ə.-da başlamış bu hәrәkat 70–90-cı illәrdә dә davam etdirilmiş, poeziya vә dramaturgiyada daha çox xalq tarixinin ibrәtamiz sәhifәlәri vә lirik-psixoloji yaşantılarının tәsviri üstünlük tәşkil etmişdir. Azәrb. siyasi suverenlik, dövlәt müstәqilliyi әldә etdikdәn sonra müasir Ə.-da işğal olunan torpaqların geri qaytarılması, insanpәrvәrlik, sosial әdalәt vә s. kimi ümumbәşәri ideyaların tәsviri, azәrbaycançılıq mәfkurәsinin tәrәnnümü әsas yer tutur (Azәrb. Ə.-ı haqqında әtraflı mәlumat üçün bax “Azәrbaycan” xüsusi cildinә).

    Əd.: Mir Cәlal, Xәlilov P. Ədәbiyyatşünaslığın әsasları. B., 1988; Hacıyev A. Ədәbiyyatşünaslığın әsasları. B., 1999; Azәrbaycan әdәbiyyatının tarixi poetikası. B., 2006.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç