Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    “ƏDƏBİYYAT CƏMİYYƏTİ”

     “ƏDƏBİYYAT  CƏMİYYƏTİ” – әdәbi tәşkilat. 1925 ilin fevralında Bakıda yaradılmışdı. Cәmiyyәtә C.Mәmmәdquluzadә, Ə.Haqverdiyev, S.S.Axundov, A.Şaiq, H.Cavid vә b. görkәmli sәnәtkarlarla yanaşı, müasirliyi müәyyәn qәdәr qәbul etmәyәn şair vә yazıçılar da (A.Müniri, S.Mәnsur, İ.Tahir vә b.) daxil idilәr. Ədәbi gәncliyin “Qafqaz türk әdәbiyyat cәmiyyәti” yaratmaq cәhdi (1911), N.Nәrimanovun yaratdığı “Tәnqid gecәlәri” (1914– 15), elәcә dә ziyalıların tәşkil etdiyi “Mühәrrirlәr vә әdiblәr cәmiyyәti” (1917), Seyid Hüseynin öz hәmkarları ilә yaratdığı “Yaşıl qәlәm”(1919) vә M.C.Cavadzadәnin (Pişәvәrinin) “Qırmızı qәlәm” әdәbi cәmiyyәtlәri “Ə.c.”-nin yaranması üçün tәkanverici rol oynamışdır. Klassik әdәbi irsin öyrәnilmәsi, resp. yazıçılarını birlәşdirmәk üçün müәyyәn işlәr görmәsinә baxmayaraq, tәrkibi çox müxtәlif olan cәmiyyәt müasir әdәbiyyat mәsәlәlәri ilә zәif mәşğul olur, gәnc әdәbi qüvvәlәrin qayğısına az qalırdı. Buna görә dә “Ə.c.” vә “Gәnc qızıl qәlәmlәr” cәmiyyәtinin (1925 ilin dekabrında tәşkil olunmuşdu) 1926 il noyabrın 30-da keçirilәn birgә iclasında onlar birlәşdirilәrәk, “Qızıl qәlәmlәr” ittifaqı yaradıldı.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç