EKOLOJİ AMİLLӘR – yaşayış mühitinin canlı orqanizmlәrә tәsir göstәrәn ayrı-ayrı xüsusiyyәtlәri vә ya elementlәri. Hәr bir orqanizmin әlaqәli olduğu mühitin E.a.-i üç kateqoriyaya ayrılır: abiotik (cansız tәbiәt amillәri), biotik (canlı tәbiәt amillәri) vә antropogen (insan fәaliyyәti ilә әlaqәdar amillәr). Abiotik amillәrә iqlim (işıq, temp-r, rütubәt, tәzyiq), torpaq (mexaniki tәrkib, rütubәt tutumu, sıxlıq, havakeçirmә qabiliyyәti), topoqrafik (relyef, dәniz sәviyyәsindәn hündür olması, yamacın ekspozisiyası), kimyәvi (havanın qaz tәrkibi, suyun duz tәrkibi, maddәlәrin qa- tılığı, turşuluq, torpaq mәhlullarının tәrkibi); biotik amillәrә fitogen (bitki orqanizmlәri), zoogen (heyvan), mikogen (göbәlәklәr), mikrobiogen (viruslar, bakteriyalar, rikketsiyalar) amillәr aiddir. İnsan fәaliyyәtinin nәticәsi olan antropogen amillәrә hәm cansız (relyefin dәyişmәsi,çay axınının tәnzimlәnmәsi, şәhәrlәrin salınması, müәssisә tullantıları), hәm dә canlı (canlı orqanizmlәrin introduksiyası, k.t. bitkilәrinin әkilmәsi, mal-qara otarılması, әmtәәlik balıq yetişdirilmәsi) elementlәr aid edilir.
E.a. dövri vә qeyri-dövri ola bilәr. Sutkalıq vә mövsümi hadisәlәrlә bağlı amillәrin çoxu dövri E.a.-ә aiddir. Orqanizm bu amillәrin tәsirinә spesifik uyğunlaşma reaksiyaları ilә cavab verir. Gözlәnilmәdәn baş verәn amillәr (vulkan püskürmәsi, yırtıcıların hücumu vә s.) qeyri-dövri
amillәrdir. Orqanizmlәrin hәyat şәraitinә uyğunlaşmasının öyrәnilmәsindә hәr iki növ amillәrin әhәmiyyәti böyükdür. Bu zaman uyğunlaşmalar E.a.-in tәsirinin sabitlik dәrәcәsi ilә müәyyәnlәşdirilir; amilin dәyişmәzliyi çox olduqca, canlı orqanizmlәr ona daha çox uyğunlaşır. Qeyri- dövri amillәrә bir sıra kortәbii hadisәlәr, hәmçinin antropogen tәsirlәr nәticәsindә yaranan amillәr aiddir. Orqanizmlәrin belә amillәrә uyğunlaşması ya çox zәifdir, ya da yox dәrәcәsindәdir.
Hәr hansı canlı orqanizm üçün sadәcә temp-r, rütubәtlilik vә b. amillәr deyil, onların müәyyәn rejimi zәruridir, yәni bu amillәrin mümkün olan bәzi dәyişilmә hәdlәri mövcuddur. Normal yaşamaq, inkişaf etmәk, çoxalmaq üçün orqanizm optimal rejimdә, kifayәt qәdәr zәruri amillәrin tam mәcmusuna malik olmalıdır. Lakin amillәrin müxtәlif cür tәsiri zamanı orqanizm özünü eyni cür aparmır. Orqanizm hәyat zonası adlanan müәyyәn amilin tәsir hüdudlarında yaşaya bilәr. Hәyat zonası hüdudlarından kәnarda orqanizmin yaşaya bilmәdiyi letal tәsirli amillәr yerlәşir. Hәyat zonası daxilindә orqanizmin güclü tәzyiqә mәruz qaldığı pessimum zonaları (yuxarı vә aşağı); orqanizmin öz hәyati funksiyalarını fәal şәkildә nümayiş etdirdiyi hәyat fәaliyyәti zonası; orqanizmin yaşamaqda davam etdiyi, lakin dinclik vәziyyәtinә keçdiyi, hәddәn artıq әlverişsiz amillәrin olduğu dinclik zonaları (yuxarı vә aşağı); amilin әn әlverişli tәsirlәrini ehtiva edәn diapazon – optimum zonası yerlәşir.