EKOLOJİ CİNAYӘTLӘR – әtraf mühitә vә onun komponentlәrinә, әrazi vә әhalinin tәhlükәsizliyinә qarşı yönәlәn cinayәtlәr. Azәr. Resp.-nın CM-nә әsasәn işlәrin yerinә yetirilmәsi zamanı әtraf mühitin mühafizәsi, ekoloji cәhәtdәn tәhlükәli maddәlәrin vә tullantıların dövriyyәsi, baytarlıq, bitki xәstәliklәrinә vә ziyanvericilәrinә qarşı müәyyәn edilmiş mübarizә qaydalarını pozma, suyu, atmosferi, dәniz mühitini çirklәndirmә, sahilyanı şelf haqqında Azәrb. Resp.-nın qanunvericiliyini pozma, torpaqları korlama, yerin tәkinin qorunması vә istifadәsi qaydalarını pozma, balıqları vә başqa su heyvanlarını qanunsuz tutma, balıq ehtiyatlarının qorunması qaydalarını pozma, qanunsuz ov etmә, qanunsuz ağac kәsmә, meşәlәri mәhv etmә vә ya korlama, xüsusi mühafizә olunan tәbiәt әrazilәrinin vә tәbiәt obyektlәrinin mühafizә rejimini pozma E.c.-dir (CM, 247–261-ci maddәlәr).