Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏDƏBİYYAT İNSTİTUTU

    ƏDƏBİYYAT  İNSTİTUTU,  AMEA Nizami Gәncәvi ad.  Ədәbiy yat İnstitutu – Azәrb. Resp.-nda әdәbiyyatşünaslığın elmi mәrkәzi. SSRİ EA Zaqafqaziya Filialının Azәrb. Şöbәsindә (1932), sonra isә SSRİ EA Azәrb. Filialında (1935) fәaliyyәt göstәrmiş dil vә әdәbiyyat şöbәlәri әsasında yaradılmışdır (1936). 1945 ilәdәk Dil vә Ədәbiyyat İn-tu, sonra isә Ədәbiyyat İn-tu adlanmışdır. 1950 ildә Azәrb. SSR EA Dilçilik İn-tu ilә birlәşdirilmiş, 1969 ildәn yenidәn müstәqil in-tdur. Folklor, qәdim vә orta әsrlәr әdәbiyyatı, 19 әsr әdәbiyyatı, 20 әsr әdәbiyyatı, Cәnubi Azәrb. әdәbiyyatı, әdәbiyyat nәzәriyyәsi, әdәbi әlaqәlәr, әdәbi proses vә mәtnşünaslıq şöbәlәri, doktoranturası var. İn-tda Azәrb. şifahi xalq әdәbiyyatının, әdәbiyyat tarixinin müxtәlif mәsәlәlәri, әdәbiyyat nәzәriyyәsi vә әdәbi әlaqәlәrin aktual problemlәri tәdqiq olunur, әdәbi proses, klassik vә müasir Azәrb. şair vә yazıçılarının yaradıcılığı öyrınilir, onların әsәrlәri çapa hazırlanır. İn-t 2 cildlik “Müxtәsәr Azәrbaycan әdәbiyyatı tarixi” (1943–44),  3  cildlik  “Azәrbaycan  әdәbiyyatı tarixi” (1957–60), 2 cildlik “Azәrbaycan sovet әdәbiyyatı tarixi” (1967), “Azәrbaycan sovet әdәbiyyatı tarixi oçerki” (SSRİ EA M.Qorki ad. Dünya Ədәbiyyatı İn-tu ilә birgә, 1963; rus dilindә) vә s. fundamental әsәrlәr çap etdirmişdir. “Kitabi-Dәdә Qorqud” (1939; 1950, rus dilindә), “Koroğlu” (1941, 1949) dastanları, 5 cildlik “Azәrbaycan nağılları” (1960–64), 5 cildlik “Azәrbaycan dastanları” (1965–72) vә s. çapdan buraxılmışdır. N.Gәncәvinin poemaları, M.Füzuli, M.F. Axundzadә, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Mәmmәdquluzadә, S.Vurğun vә b. Azәrb. klassiklәrinin çoxcildliklәri nәşrә hazırlanaraq çap olunmuşdur. Hәmçinin “Əkinçi” qәzeti, “Molla Nәsrәddin”, “Füyuzat” jurnallarının, “Ədәbiyyat mәcmuәsi”, “Ədәbi әlaqәlәr” elmi jurnallarının, 20 cildlik “Azәrbaycan klassik әdәbiyyatı kitabxanası”nın, 4 cildlik “Cәnubi Azәrbaycan antologiyası”nın vә F.Köçәrlinin “Azәrbaycan әdәbiyyatı” 2 cildliyinin nәşri, 7 cildlik “Azәrbaycan әdәbiyyatı tarixi”nin hazırlanması (4 cildi çapdan çıxmışdır) in-tun mühüm işlәrindәndir. İntun geniş beynәlxalq әlaqәlәri var. MDB ölkәlәri,  Polşa,  Almaniya,  Bolqarıstan, Fransa, ABŞ, İngiltәrә, Türkiyә, İran, İraq alimlәri ilә müxtәlif istiqamәtlәrdә elmi yaradıcılıq әlaqәlәri davam etdirilir. İn-tun әmәkdaşları xarici ölkәlәrdә keçirilәn beynәlxalq simpoziumların, regional elmi konfransların tәşkilindә vә işindә, eyni zamanda xarici ölkәlәrin alimlәri in-tda keçirilәn elmi simpozium vә konfranslarda (“Füzuli-500”, “Kitabi-Dәdә Qorqud1300”, “Azәrbaycan mühacirәt әdәbiyyatı” vә s.) iştirak edirlәr. İn-tda doktorluq vә fәlsәfә doktoru dissertasiyalarının müdafiәsi üzrә 2 ixtisaslaşdırılmış elmi şura fәaliyyәt göstәrir. İn-t 80 ildәn artıq müddәtdә әdәbiyyatşünaslıq elminin inkişafında, elmi-nәzәri fikrin müasir tәlәblәr sәviyyәsinә qaldırılmasında, müasir әdәbiyyatşünaslığın mühüm problemlәrinin hәllindә böyük xidmәtlәr göstәrmişdir. V.Xuluflu, akad.-lәr M.İbrahimov, M.A.Dadaşzadә, M.Şirәliyev, M.C.Cәfәrov, B.Nәbiyev, m.üzvlәr Ə.Mirәhmәdov, Y.Qarayev, prof. M.Quluzadә in-tun sabiq direktorları olmuşlar. 2013 ildәn in-ta akad. İ.Hәbibbәyli rәhbәrlik edir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç