EKOLOJİ EKSPERTİZA – nәzәrdә tutulan tәsәrrüfat vә digәr fәaliyyәtin ekoloji tәlәblәrә uyğunluğunun müәyyәn edilmәsi vә hәmin obyektin reallaşdırıl- masına yolverilmә imkanının tәyin olunması. E.e. aşağıdakı prinsiplәrә әsaslanır: 1) nәzәrdә tutulan istәnilәn tәsәrrüfat vә digәr fәaliyyәtin potensial ekoloji tәhlükәliyinin prezumpsiyası; 2) obyektin reallaşdırılması haqqında qәrarın qәbul edilmәsinә qәdәr dövlәt E.e.-sının keçirilmәsinin zәruriliyi; 3) tәsәrrüfat vә digәr fәaliyyәtin әtraf tәbii mühitә tәsirinin vә onun nәticәlәrinin kompleks şәkildә qiymәtlәndirilmәsi; 4) E.e. keçirilәrkәn ekoloji tәhlükәsizliyin tәlәblәrinin nәzәrә alınmasının icbariliyi; 5) E.e.-ya tәqdim edilәn mәlumatın sәhihliyi vә dolğunluğu; 6) E.e. sahәsindә öz sәlahiyyәtlәrini yerinә yetirәrkәn E.e. ekspertlәrinin müstәqilliyi; 7) E.e. rәylәrinin elmi cәhәtdәn әsaslandırılması, obyektivliyi vә qanuniliyi; 8) aşkarlıq, ictimai tәşkilatların iştirakı, ictimai rәyin nәzәrә alınması; 9) E.e.-nın tәşkilinә, keçirilmәsinә vә keyfiyyәtinә E.e. iştirakçılarının vә maraqlı şәxslәrin mәsuliyyәti.