EKOLOJİ KİMYA – ekoloji hadisәlәrin vә problemlәrin kimyәvi әsaslarını, hәmçinin әtraf mühit obyektlәrinin kimyәvi xassәlәrinin vә tәrkibinin formalaşması proseslәrini öyrәnәn kimya bölmәsi. E.k. biokimya, analitik kimya, fotokimya, kataliz vә digәr fәnlәrin qovuşuğunda yaranmışdır. E.k.-nın әsas vәzifәlәrindәn biri әtraf mühitә antropogen fәaliyyәtin mәnfi tәsirini xeyli azaldan yeni texnologiyaların, tullantıların utilizasiyası vә zәrәrsizlәşdirilmәsi, havanın vә çirkli suların tәmizlәnmәsi texnologiyalarının işlәnib hazırlanmasıdır.