ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ – әdәbiyyatşünaslıq fәnni. Ə.n. bәdii әdәbiyyatın mahiyyәtini, forma xüsusiyyәtlәrini, poetikasını, ümumi inkişaf qanunlarını, metodoloji, fәlsәfi vә ictimai әsaslarını öyrәnir, bәdii söz sәnәtinin özünәmәxsusluğunu, inikas qanunlarını şәrh edir. Yunan filosofu Aristotelin (e.ә. 384–322) “Poetika” әsәrindә göstәrilir ki, әdәbiyyatşünaslıq poeziya sәnәti haqqında nәzәri müddәalardan başlamışdır. Qәdim dövrlәrdә nәzәri fikir poeziya qanun-qaydalarına dair “poetika”lardan ibarәt olmuşdur. Bir sıra Şәrq ölkәsindә, o cümlәdәn Azәrb.-da buna qәvaidi-әdәbiyyә (әdәbiyyat qayda-qanunları) deyilirdi. Azәrb. әdәbi-nәzәri vә bәdiiestetik fikrindә şeir nәzәriyyәsinә, bәdiiyyata, sәnәt qaydalarına dair fikir vә mülahizәlәr qәdim dövrlәrdәn mövcud olmuşdur. Orta әsrlәrdә yaşamış X.Tәbrizi, N.Gәncәvi, R.Vәtvat, M.Füzuli kimi alim vә şairlәr öz әsәrlәrindә yeri gәldikcә şeir qayda-qanunlarından, bәdii tәsvir vә ifadә vasitәlәrindәn söz açmaqla Yaxın vә Orta Şәrq әdәbi-nәzәri fikrini zәnginlәşdirmişlәr. Zaman keçdikcә sistemli Ə.n. yaranmağa başlamışdır. 19–20 әsrlәrdә poetika mәsәlәlәri, xüsusilә bәdii әdәbiyyatın spesifikası, әdәbi növlәrin vә janrların estetik tәbiәti, әdәbi cәrәyanların, metod vә üslubların özünәmәxsusluğu, onları bir-birindәn ayıran, fәrqlәndirәn әlamәtlәr daha әtraflı vә dәqiqliklә öyrәnilәrәk, öz әksini müxtәlif әsәrlәrdә tapmışdır. M.Rәfili, Əkrәm Cәfәr, Mir Cәlal, Cәfәr Xәndan, P.Xәlilov, T.Mütәllimov, Ş.Mikayılov, A.Hacıyev, Z.Əsgәrli, N.Şәmsizadә vә b. tәdqiqatçılar bәdii әdәbiyyat, şeir vәznlәri, әdәbi növlәrin vә janrların spesifik cәhәtlәri haqqında fikirlәri, nәzәri qәnaәtlәri ümumilәşdirmiş vә dәrinlәşdirmişlәr (bax Ədәbiyyatşünaslıq).
Əd.: Aristotel. Poetika. B., 1974; Mir Cә la l, Xәlilov P. Ədәbiyyatşünaslığın әsasları. B., 1988; Hacıyev A. Ədәbiyyat nәzәriyyәsi. B., 1996; yenә onun, Ədәbiyyatşünaslığın әsasları. B., 1999; Yusifoğlu R. Ədәbiyyatşünaslığın әsasları. B., 2001; Bual o. Poeziya sәnәti. B., 2006.