EKOLOJİ MONİTORİNQ, ә t r a f m ü h i t i n m o n i t o r i n q i – tәbii vә antropogen amillәrin tәsirindәn әtraf mühitdә gedәn dәyişikliklәrin qiymәtlәndirilmәsi vә proqnozlaşdırılması üzrә kompleks müşahidә sistemi. E.m.-in әsas obyektlәri atmosfer, su, torpaq, bitki vә heyvan populyasiyalarının vәziyyәti, insan sağlamlığıdır. Monitorinq çoxsәviyyәli (müfәssәl, lokal, regional, milli vә qlobal) sistemdir. BMT-nin ekoloji proqramı çәrçivәsindә dövlәtlәrin milli monitorinq sistemlәrini birlәşdirәrәk dövlәtlәrarası qlobal sәviyyәli monitorinq sisteminin yaradılması böyük әhәmiyyәt kәsb edir. Әtraf mühitin vә ehtiyatların qlobal monitorinqi sistemi Yer kürәsindә ümumbәşәri ekoloji problemlәrin (iqlimin istilәşmәsi, ozon qatının mühafizәsi, zәlzәlәlәrin proqnozlaşdırılması, meşәlәrin saxlanılması, sәhralaşma vә torpaq eroziyası, daşqınlar, qida vә enerji ehtiyatları vә s.) hәllini nәzәrdә tutur.