EKOLOJİ SİSTEM – canlı orqanizmlәrin bir-biri ilә vә yaşadığı mühitlә (biosferlә) qarşılıqlı әlaqәsi. E.s.-in quruluşu onun fiziki, kimyәvi vә biol. göstәricilәri ilә müәyyәnlәşdirilir, başlıca vәzifәsi isә maddәlәr mübadilәsindә enerji axınını tәmin etmәkdir. E.s.-dә yeganә enerji mәnbәyi Günәşdir (bax Fotosintez, Maddәlәr mübadilәsi). Xarici mühit amillәrinin (abiotik vә biotik) ayrı-ayrı növlәrlә әlaqәsinә vә onların kompleks tәsirinә növün E.s.-i deyilir.