EKONOMÁYZER (ing. economizer) – 1) daxiliyanma mühәrrikinin karbüratorunda drossel klapanı açılarkәn yanacaq qarışığını zәnginlәşdirәn tәrtibat; mühәrrikin sәmәrәliliyini artırır. 2) Qazan qurğusunun elementi (istilikdәyişdirici); bu istilikdәyişdiricidә su qazana verilmәmişdәn әvvәl çıxan tüstü qazları ilә qızdırılır. E. hamar vә tillәri olan çuqun borulardan, daha yüksәk tәzyiqlәr üçün isә polad borulardan hazırlanır.