EKONOMÉTRİKA (ing. econometrics) – 1) iqtisadi obyektlәrin vә proseslәrin müәyyәn kәmiyyәt qanunauyğunluqlarını vә qarşılıqlı әlaqәlәrini riyazi vә statistik üsul vә modellәr vasitәsilә öyrәnәn elm; 2) iqtisadi tәhlildә iqtisadi nәzәri modellәrin vә iqtisadi problemlәrin hәlli üsullarının düzgünlüyünün yoxlanılması mәqsәdilә statistik vә riyazi metodların tәtbiqi.
İqtisadi-statistik mәlumatları riyazi tәsvir etmәk cәhdlәri 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә V.Pareto (İtaliya), R.Huker (B.Britaniya), A.A.Çuperov (Rusiya) vә başqaları tәrәfindәn göstәrilmiş, lakin E. xüsusi elmi istiqamәt kimi E. 20 әsrin 20– 30-cu illәrindә meydana gәlmişdir. Termini ilk dәfә 1910 ildә P.Çompa (Polşa) işlәtmiş, R.Friş (Norveç) elmi dövriyyәyә daxil etmişdir.