EKOSİD (eko... + lat. caedo – mәhv edirәm) – bitki vә ya heyvanat alәminin kütlәvi surәtdә mәhv edilmәsi, atmosferin vә ya su ehtiyatlarının zәhәrlәnmәsi, habelә ekoloji fәlakәtә sәbәb olan digәr hәrәkәtlәrin törәdilmәsi. E. bir sıra ölkәlәrin cinayәt qanunvericiliyindә sülh, tәhlükәsizlik vә insanlıq әleyhinә cinayәt kimi nәzәrdә tutulur. Son illәr beynәlxalq hüquqda da E.-in cinayәt kimi tanınması hallarına tәsadüf olunur.