EKOTİP (eko... + tip), e k o l o j i t i p, e k o l o j i i r q – eyni bitki növü daxilindә bircins populyasiyalar qrupu; yaşadığı yerә uyğunlaşma prosesindә hәmin populyasiyalar irsәn möhkәmlәnmiş morfoloji, fizioloji, biokimyәvi vә b. xüsusiyyәtlәr qazanır. Növün arealı nә qәdәr geniş, ekoloji şәraiti nә qәdәr müxtәlifdirsә, onun E.-lәrinin dә sayı bir o qәdәr çoxdur (mәs., adi şamağacının 36 E.-i var).