EKRANOPLÁN – yüksәk olmayan uçuşlar üçün eksperimental uçuş aparatı; yerin hamar sәthinin, yaxud su sәthinin ekranlayıcı effektindәn istifadә olunur. E. yer sәthinә yaxınlaşdıqca aerodinamik müqavimәt azalır, qaldırıcı qüvvә isә dinamik hava yastığının yaranması sayәsindә artır. Ekran effekti digәr uyğun şәraitdә mühәrrikin gücünü lazımi qәdәr azaltmağa imkan verir. E.-ın aşağıda yerlәşәn qanadı vә yuxarı qaldırılmış üfüqi quyruq çıxıntısı var. Ekranlayıcı sәthin yaxınında kreyser rejimindә uçan, lakin lazım gәldikdә yüksәk hündürlüyә qalxa bilәn E. növü dә var. İlk E. 1935 ildә V.İ.Levkov (SSRİ) vә T.Kario (Finlandiya) tәrәfindәn hazırlanmışdır.