EKSİKÁTOR (lat. exsiccare – qurutmaq) – 1) içәrisindәki havanın rütubәtini müәyyәn (adәtәn, sıfıra yaxın) hәddә saxlayan qab; şüşә vә ya plastik kütlәdәn hazırlanır. Daxilindәki maddәni otaq temp-runda tәdricәn qurutmaq, hiqroskopik birlәşmәlәri saxlamaq, qravimetriya (tәdqiq edilәn maddәnin havadakı mayeni qeyri-müәyyәn miqdarda udmasına yol vermәmәk lazım olduğu hallarda) mәqsәdi ilә istifadә olunur. Qurutmanın baş vermәsi üçün E.-un dibinә su buxarını müәyyәn parsial tәzyiqdә saxlayan maddә vә ya mәhlul yerlәşdirilir. Hermetikliyә nail olmaq üçün qapaqla birlәşәn hissәyә xüsusi sürtkü materialı çәkilir. Bәzi mәqsәdlәr üçün E.-un içәrisindә vakuum yaratmaq da mümkündür; 2) maddәlәrin qurudulması üçün cihaz; әsasәn, kimya laboratoriyalarında istifadә olunur.