Azərbaycan Milli Ensiklopediyası
VII CİLD (DƏRMAN - CƏLİLOV)
    EKSİTON

    EKSİTON (lat. excito – hәyәcanlandırıram) – yarımkeçiricilәrdә vә ya dielektriklәrdә elektron-deşik cütlәrinin әmәlә gәlmәsi ilә әlaqәdar yüksüz elementar hәyәcanlanma – kvazizәrrәcik. E. haqqında anlayış 1931 ildә Y.İ.Frenkel tәrәfindәn elmә daxil edilmişdir. Molekulyar kristallarda (burada ayrı-ayrı molekullar arasındakı qarşılıqlı tәsir molekuldaxili atomlar vә elektronlar arasındakı qarşılıqlı tәsirә nisbәtәn çox kiçikdir) E. ayrı-ayrı molekulların elektron sisteminin hәyәcanlanmasıdır. Molekullararası qarşılıqlı tәsirlәr nәticәsindә o, kristal boyunca dalğa şәklindә yayılır (F r e n k e l  E.-u).

    V a n y e - M o t t a  E.-u yarımkeçiricidә deşik vә keçiricilik elektronunun hidrogenәbәnzәr rabitә halını tәsvir edir. Vanye-Motta E.-unun E* rabitә enerjisini vә a* effektiv radiusunu hidrogen atomu üçün Bor düsturlarına görә qiymәtlәndirmәk olar (burada nәzәrә almaq lazımdır ki, keçiricilik elektronlarının vә deşiklәrinin uyğun olaraq m*e vә mdeffektiv kütlәlәri sәrbәst elektronun m0 kütlәsindәn fәrqlәnir vә elektron vә deşiyin Kulon cazibәsi ε dielektrik nüfuzluğu ilә zәiflәyir) 

    e – elektronun yükü, ħ – Plank sabitidir. Zona quruluşunun mürәkkәbliyinin, elektron vә deşiklәrin fononlarla qarşılıqlı tәsirinin nәzәrә alınması E* vә a* kәmiyyәtlәrinin qiymәtlәrini dәyişdirir.

    Kiçik konsentrasiyalarda E. kristalda özünü qaz kimi aparır. Böyük konsentrasiyalarda onların qarşılıqlı tәsiri әhәmiyyәtli dәrәcәdә olur vә iki E.-un әlaqәsi halının – eksiton molekulunun (bieksitonun) әmәlә gәlmәsinә imkan yaranır. Müәyyәn kritik konsentrasiyaya (temp-rdan asılı olan) çatdıqda yarımkeçiricidә eksiton qazının “mayelәşmәsi” – metallik xüsusiyyәtlәrә malik nisbәtәn sıx elektron-deşik fazası (e l e k t r o n -d e ş i k  d a m c ı s ı ) әmәlә gәlir. Bu halda zәrrәciklәr arasındakı mәsafә E.-un radiusu tәrtibindә olur. Elektron-deşik damcıları qeyri-bircins sahәlәrdә yüksәk sıxlığa vә böyük yürüklüyә malikdir.

    E. iki fermiondan ibarәt olduğuna görә ona bozon kimi baxmaq olar. Bu onu gös- tәrir ki, prinsipcә E.-un (vә ya bieksitonun) bozekondensasiyası mümkündür ki, bu da kristalda E.-un yaşama müddәtindә davam edәn enerji selinin mövcud olması ilә nәticәlәnir. Lakin bu hadisә hәlәlik müşahidә edilmәmişdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
DƏRMAN – CƏLİLOV