EKSİTRÓN [lat. excito – hәyәcanlandırıram +(elek)tron] – katod lәkәsi bir dәfә tәsirlәndirilәn civә ventili; katod lәkәsi zәif cәrәyanlı (10 A-dәn az) qövs ilә vә әsas qövs boşalmasının alışma anını torla idarә etmәklә işıqlandırılır. İdarәolunmayan vә idarәolunan (idarәedici toru olan), bir vә çox (6-ya qәdәr) anodlu, hava vә su ilә soyudulan E.-lar hazırlanır. E.-larda orta cәrәyan şiddәti 100 A-ә çatır, sәnaye qurğuları üçün anod gәrginliyi 5–15 kV, yüksәk gәrginlikli sabit cәrәyan elektrikötürmә xәtlәri üçün isә 130 kV-dur. Enerjinin induktiv toplayıcılarında vә xәtti modulyatorlarda kommutator kimi istifadә edilәn impulslu E.-larda orta cәrәyan şiddәti 50 A-әdәk, kommutasiya tezliyi 100 Hs-dәn çox olmadıqda cәrәyan amplitudu 5 kA-әdәk, anod gәrginliyi 50 kV-adәkdir. E. güclü düzlәndiricilәrdә vә s. qurğularda tәtbiq edilir.