EKSKLÜZİON XROMATOQRAFİYA, ә l ә k x r o m a t o q r a f i y a s ı – müxtәlif ölçülü molekulların hәrәkәtsiz faza olan qeyri-ionogen gelin mәsamәlәrinә fәrqli nüfuzetmә qabiliyyәtinә әsaslanan maye xromatoqrafiya.
Gel-nüfuzedici (elüent–üzvi hәlledici) vә gel-filtrasiya (elüent-su) xromatoqrafiyası ayırd edilir. E.x. üçün makromәsamәli qeyri-üzvi vә ya polimer sorbentlәr istifadә olunur. Polyar vә hidrofil polimerlәrin E.x.-sı üçün qeyri-üzvi sorbentlәr (silikagel vә makromәsamәli şüşәlәr) müvafiq olaraq silisium-üzvi radikallar vә hidrofil qruplar ilә modifikasiya edilir. Polimer sorbentlәr arasında әn çox stirol-divinilbenzol sorbentlәr (yüksәk polimerlәr vә oliqomerlәr üçün) yayılmışdır. Biopolimerlәrin (ilk növbәdә zülalların) gel-filtrasiyası üçün hidrofil polimer sorbentlәr (sefadekslәr – köndәlәn tikilmiş dekstranlar, hәmçinin poliakrilamid gellәri) vә ya polisaxaridlәrlә modifikasiyalaşdırılmış makromәsamәli silikagellәr istifadә olunur.
E.x. yeni polimerlәrin vә onların alınmasının texnoloji proseslәrinin işlәnib hazırlanmasında, polimerlәrin istehsalına nәzarәt edilmәsi vә onların standartlaşdırılmasında tәtbiq olunur. E.x. molekul kütlәsinә görә polimerlәrin paylanmasının analizi, polimerlәrin, o cümlәdәn biopolimerlәrin tәdqiqi, ayrılması vә tәmizlәnmәsi üçün istifadә edilir.