EKSKORİÁSİYA (lat. excoriatio – sıyrılma sözündәn) – mexaniki zәdә (mәs., dәri gicişmәsi zamanı qaşıma) nәticәsindә dәrinin sәth qatının tamlığının pozulması. Әsasәn, nevrotik xarakterlidir. Cızıq vә ya dәyirmi formalarda olur, bir çox halda qanlı qartmaqla örtülür.