EKSKÚSSİYA – Bizansda 10 –15 әsrlәrdә vergi imtiyazı. E. ilә ekskussatın (ekskussiya әldә etmiş şәxsin) mülkiyyәtindә olan torpaq vә orada yaşayan kәndlilәr dövlәt vergilәrindәn (adәtәn fövqәladә vergilәrdәn) azad edilirdi. Vergi sisteminin kәndlilәrin istismarının başlıca forması olduğu Bizansda E. imtiyazlı torpaq sahibkarlığının xüsusi tipini yaradırdı. Lakin dövlәt ali yurisdiksiyanı öz әlindә saxlamaqla E.- nı mәhdudlaşdırmaq vә ya lәğv etmәk imkanına malik idi. 13–15 әsrlәrdә ekskussatlar mәhkәmә rüsumunu toplamaq hüququnu әldә etdilәr.
Xüsusi mükәllәfiyyәtlәr daşıyan ekskussatların (imperator silahqayıranları, dövlәt poçt qulluqçuları) vergilәrdәn, gәmilәrin gömrük rüsumundan azad olunması E.-nın digәr növlәridir.