EKS-LE-BEN (Aix-les-Bains) – Fransanın ş.-indә, Savoyya dep-tindә şәhәr. Savoyya Alp d-rının әtәklәrindә, Burje gölü sahilindә balneoloji iqlim kurortu. Әh. 28 min (2006). İqlimi isti vә qurudur; orta temp-r yay aylarında 21°C-dir. Müalicә amillәri: iqlim terapiyası, sulfidli termal (43,5–47°C) vә bikarbonatlı-kalsiumlu-dәmirli (15 vә 8°C) sular. Dayaq-hәrәkәt orqanları, sinir sistemi, ginekoloji, dәri vә s. xәstәliklәr müalicә olunur. Vanna qәbulu binaları, su müalicәxanası, hotellәr, pansionatlar vә s. var. Elektrotexnika sәnayesi vә qış idmanı növlәri inkişaf etmişdir.
Екс-Ле-Бен шящяриндян эюрцнцш.