EKSPÁNSİYA (lat. expansio – genişlәndirmә, yayılma), i q t i s a d i y y a t d a – ayrı-ayrı firmaların, inhisarçı birlik vә qrupların, transmilli
şirkәtlәrin, dövlәtlәrin dünya iqtisadiyyatına tәsir sferalarının genişlәndirilmәsi. E. daha әlverişli bazar, xammal mәnbәyi vә kapital qoyuluşu sahәlәri uğrunda rәqabәt mübarizәsi yolu ilә hәyata keçirilir.
“E.” termini işgüzar fәallığın artırılmasına yönlәndirilmiş defisitin maliyyәlәşdirilmәsi, güzәştli kreditlәşmә, uçot faiz dәrәcәsinin vә vergiqoymanın azaldılması, maliyyә güzәştlәrinin verilmәsi vә s. kimi dövlәt tәdbirlәrini sәciyyәlәndirmәk üçün dә tәtbiq edilir.
Müvafiq ölkәlәrin әmtәәlәrini milli dәyәrindәn aşağı qiymәtә satıb әlavә qazanc әldә etmәk mәqsәdilә inkişaf etmiş ölkәlәrin inhisarları inkişaf etmәkdә olan ölkәlәrdә E.-nı hәyata keçirir vә hәmin ölkәlәrin bazarlarını asanlıqla әlә alır. Bu, texnologiya, texnika vә istehsalın tәşkili sәviyyәsinә görә inkişaf etmiş ölkәlәrin xeyli üstünlüyü sәbәbindәn mümkün olur.
İnkişaf etmiş ölkәlәr dә E.-nın obyekti ola bilәr. Bu zaman E., әsasәn, dövlәt kapitalının xaricә investisiyası vasitәsilә qarşılıqlı kapital qoyuluşları formasında olur.