EKSPERİMÉNT (lat. experimentum – yoxlama, sınaq, tәcrübә) – elmdә nәzәri cәhәtdәn dәrk edilmiş vasitәlәrlә hәyata keçirilәn hissi-predmet fәaliyyәti. E. zamanı tәdqiqatçı obyektin müvafiq xassәlәrini öyrәnmәk üçün süni şәrait yaratmaq yolu ilә vә ya prosesin gedişini istәnilәn istiqamәtdә dәyişdirmәklә ona tәsir edir. E. idrakın mәnbәyi, hipotez vә nәzәriyyәnin hәqiqiliyinin meyarıdır. E. obyektә fәal tәsir etmәyi nәzәrdә tutmayan müşahi- dәdәn fәrqlәnir. E. hadisәlәrin mahiyyәtindә gizli şәkildә mövcud olan cәhәtlәri öyrәnir. E.-in bir forması “fikri E.”-dir. “Fikri E.” indiki halda texniki vә b. sәbәblәrә görә hәyata keçirilmәsi mümkün olmayan bir sıra şәraitin yaradılacağı tәqdirdә müәyyәn hadisәlәrin necә cәrәyan edәcәyi haqqında mәntiqi mülahizәlәrdir. E. tәbiәtdә xalis şәkildә tәsadüf edilmәyәn hadisәlәrin xassәlәrini öyrәnmәyә imkan verir. E. maneçilik törәdәn tәsirlәri vә amillәri aradan qaldırır, obyektlәri müxtәlif üsullarla qeydә alır vә ya süni şәrait yaradır. E. öyrәnilәn hadisәlәrin modellәşdirilmәsini dә nәzәrdә tutur. Nәzәri tә- sәvvürlәr müstәqil tәcrübәdәn törәyirsә, E.-lә bilavasitә, әgәr onlar әvvәllәr E.-in tәsdiq etdiyi qanun vә müddәalardan doğan nәticәlәrin tәhlilindәn törәyirsә, dolayı yolla әlaqәli olur. Lakin nәzәriyyә E. mәlumatlarının mәcmusu deyil. E. olmasaydı insanlar müasir elmlәrdә aşkar edilәn faktların meydana gәlmәsini illәrlә gözlәmәli, tәsadüflәrә arxayın olmalı idilәr. Fәal E. fizika, kimya, biologiya, fiziologiya vә b. elm sahәlәrindә geniş yayılmışdır. Süni peyklәrin meydana gәlmәsi ilә E. astronomiya sahәsindә mühüm yer tutur. E.-dәn ictimai hadisәlәrin tәdqiqindә dә geniş istifadә edilir.