EKSPERİMENTAL PEDAQOGİKA – pedaqoji nәticә vә tövsiyәlәri xüsusi eksperimentlәr (tәcrübәlәr) vasitәsilә әsaslandırmağa çalışan pedaqoji cәrәyan. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә yayılmışdı. E.p.-nın nümayәndәlәri (S.Holl, E.Meyman, V.Lay, E.Torndayk vә b.) uşaqları öyrәnmәk üçün xüsusi anketlәri, testlәri (qısa yoxlamalar), uzunmüddәtli müşahidәlәri vә uşaq yaradıcılığını әsas götürürdülәr. E.p. pedaqogikanın fәlsәfi әsasını vә pedaqoji tövsiyәlәrdә gündәlik tәlim-tәrbiyә tәcrübәsinin rolunu inkar edirdi. Buna baxmayaraq, E.p. uşaqların fiziki inkişafı vә psixi proseslәrini, xüsusәn qavrayış vә hafizәsini öyrәnmәk sahәsindә müsbәt nәticәlәr әldә etmişdi. E.p. pedologiyanın әsasını
tәşkil edir.