Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏDƏBİYYATŞÜNASLIQ 

    ƏDƏBİYYATŞÜNASLIQ – bәdii әdәbiyyat haqqında elm. İki fәnni özündә ehtiva edir: әdәbiyyat nәzәriyyәsi; әdәbiyyat tarixi. Bәzәn әdәbi tәnqidi dә Ə.-a
    aid edirlәr. Normativ poetikaya daxil olan әdәbiyyat nәzәriyyәsi (bir çox halda poetika da adlanır) әdәbiyyatın mahiyyәtini, әdәbi forma, janr, üslub vә istiqamәtlәrin xüsusiyyәtlәrini, ümumi qanunauyğunluqlarını öyrәnir. Ədәbiyyat tarixi isә milli әdәbiyyatlara, ayrı-ayrı şair vә yazıçılara, әsәrlәrә xas olan xüsusi, tipik cәhәtlәri araşdırır. Tarixi poetika bu vә ya digәr janrın tarixi inkişaf xüsusiyyәtlәrini öyrәnir vә әdәbiyyat nәzәriyyәsi ilә әdәbiyyat tarixi arasında aralıq mövqe tutur. Antik dövrdәn başlayaraq, Avropada Ə. problemlәri ritorikaya aid traktatlarda araşdırılmışdır. Platon “Dövlәt” әsәrindә әdәbi növlәr haqqında fikir söylәmiş, Aristotel “Poetika” әsәrindә әdәbiyyat nәzәriyyәsinin bir sıra müddәalarını şәrh etmişdir. Ədәbiyyat tarixinin yaranması İsgәndәriyyә filologiyası ilә bağlıdır. Bu mәktәbә daxil olan alimlәr әdәbi әsәrlәrin mәtnlәrini toplamağa, onları şәrh etmәyә başlamışdılar. Şәrq ölkәlәrindә poetoloji araşdırmaların tarixi çox qәdimdir. Hindistanda Anan davardhanın, Abhinavaquptun әsәrlәrindә poetik dilin ümumi problemlәri verilirdi. Müsәlman mәdәniyyәtinin, o cümlәdәn Ə.-ının milli qaynaqları olsa da, ortaq dilin (poeziyada fars, elmi әdәbiyyatda әrәb), vәznin (әruz), forma vә janrların mövcudluğu vahid elmi-nәzәri fikirlәrin yaranmasına gәtirib çıxarmışdı. Bu, bütövlükdә orta әsrlәr boyu davam etmişdir. Yaxın vә Orta Şәrqdә, Orta Asiyada, Hindistan vә Çinin bir çox әyalәtlәrindә geniş yayılmış әruz elmi onun yaradıcısı Xәlil ibn Əhmәddәn sonra bir çox alim tәrәfindәn dәfәlәrlә araşdırılmış, klassik Şәrq poeziyasına dair dәyәrli fikirlәr söylәnilmişdir. Azәrb. alimlәri Xәtib Tәbrizi, Vәhid Tәbrizi vә b., müasir dövrdә Əkrәm Cәfәr bu istiqamәtdә tәdqiqatlar aparmışlar.Estetikanın meydana gәlmәsi 19 әsrin ortalarında Ə.-ın müstәqil elm kimi formalaşmasına sәbәb oldu. Estetika çәrçivәsindә ilk dәfә olaraq incәsәnәtin bir növü kimi әdәbiyyatın spesifik cәhәtlәri araşdırıldı: Q.E.Lessinq “Laokoon, yaxud Rәssamlıq vә poeziyanın sәrhәdlәri haqqında” (1766) traktatında әdәbiyyat vә incәsәnәtin prinsipial fәrqlәrini göstәrdi. G.V.F.Hegelin “Estetikaya dair mühazirәlәr”indә (c. 1 –2, 1835–38) verilmiş әdәbi növlәrin geniş xarakteristikası müasir әdәbiyyat nәzәriyyәsi tәrәfindәn mәnim sәnilmişdir. 19 әsrdә metodoloji cәhәtdәn bir-birindәn fәrqlәnәn әdәbiyyatşünaslıq mәktәblәri yarandı: mifoloji mәktәb (Almaniyada Qrimm qardaşları, A.Kun; B.Britaniyada C.Koks; Fransada M.Breal vә b.), mәdәni-tarixi mәktәb (İ.Ten, F.De Sanktis, V.Şerer, Q.Lanson vә b.), müqayisәli-tarixi әdәbiyyatşünaslıq (Almaniyada T.Benfey; B.Britaniyada H.M.Posnett vә b.), psixoloji mәktәb (Fransada E.Enneken; Almaniyada Y.Folkelt vә b.) vә s. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә Avropada psixoanalitik tәnqid meydana gәldi. Onun tәnqidin ilk nümayәndәsi qeyri-şüurilik haqqında tәsәvvürlәrini klassik әdәbiyyatın şәrhinә tәtbiq edәn Z.Freyd hesab olunur. 1930-cu illәrdә meydana gәlәn, 1940–50-ci illәrdә ABŞ-da dominant mövqedә dayanan yeni tәnqid әdәbi mәtni reallıqdan tәcrid olunmuş müstәqil hadisә hesab edirdi (A.Riçards, A.Feyt, K.Bruks, R.P.Blekmur vә b.). 1950-ci illәrin sonu – 70-ci illәrdә linqvistika vә semiotikadan törәyәn strukturalizm Ə.-da aparıcı istiqamәt oldu. Strukturalizm Ə. metodu kimi Fransada, yeni tәnqidin fransız versiyası kimi meydana gәlmiş (R.Bart, A.J.Qreymas, Y.Kristyova vә b.), daha sonra Avropa vә Amerikada yayılmışdır. Strukturalizmin varisi olan poststrukturalizm isә ondan fәrqli olaraq, sәlәfinin istinad etdiyi F.de Sossürün işarәlәr nәzәriyyәsini tәnqid etmiş, әdәbi mәtni real olanla deyil, başqa mәtnlәrlә әlaqәlәndirmәyә cәhd göstәrmiş, interaktuallığı mәtnin әsas xüsusiyyәti olaraq göstәrmişdir. Poststrukturalizmin başlıca metodu olan dekonstruksiya Yel mәktәbi (H.Blum, P.M.de Man, C.Hartman, C.H.Mil ler vә b.) metodikasında işlәnib hazırlanmışdır. 1970–80-cı illәr amerikan vә fransız poststrukturalist Ə.-ı Avropa klassik fәlsәfәsinin postmodernist tәnqidinә üz tutduğu bir zamanda, alman Ə.-ı öz metodologiyasını әnәnәvi fәlsәfi baza üzәrindә qururdu. Fәlsәfi hermenevtika 1960-cı illәrdә reseptiv tәnqidin inkişafına tәkan verdi (H.R.Yauss, V.İzer, H.Blumberq, H.Trimm vә b.). Mәtnin kommunikativ strukturunu post-strukturalizm ruhunda tәhlil edәn narratologiya 1970-ci illәrdә strukturalizmlә reseptiv tәnqid arasında aralıq mövqe tuturdu (R.Bart, J.Jenett, holland alimi Y.Lintvelt vә b.). 1970-ci illәrdә Fransada yaranan genetik tәnqid dә әdәbiyyatın kommunikativ tәbiәtinә, müәllifin vә oxucunun mәtndәn kәnar mövqeyinә maraq göstәrirdi (A.Qreziyon, J.Belmen-Noel, P.M.de Biazi vә b.). 1970-ci illәrdә bir tәrәfdәn psixoanalizin, digәr tәrәfdәn strukturalizmin vә poststrukturalizmin fransız versiyasının tәsirilә feminist tәnqid (Fransada S.de Bovuar, E.Siksu, L.İriqaray; ABŞ-da E.Şouol ter, B.Kris tian, S.Qubar vә b.) meydana gәldi. 1980-ci illәrdә Avropada, xüsusilә Amerikada geniş fәaliyyәt göstәrәn feministlәr әdәbiyyatda kişi “yazısı”nın hakim möv qeyinә qarşı çıxır, qadın yazıçıların yaradıcılığına müraciәt edәrәk, onların üslublarının spesifik cәhәtlәrini araşdırırdılar. 20 әsrin 90-cı illәrindә formalaşan vә әdәbiyyata mental fәaliyyәtin bir forması, bәdii obrazlılığa (metonimiya, metafora vә s.) hәyatı dәrk etmәk üsulu kimi yanaşan koqnitiv Ə. üçün psixologiya vә bir sıra tәbiyyat elmlәri (neyrobiologiya vә neyrofiziologiya) ilә qarşılıqlı әlaqә sisәciyyәvidir. 20 әsrin sonlarının әn populyar istiqamәtlәrindәn olan multikulturalizm nümunәvi әsәr (“şedevr”) ideyasından imtina edir, әdәbi mühitin polisentrikliyi üzәrindә dayanaraq, milli әdәbiyyat tarixini yenidәn nәzәrdәn keçirirdi (ABŞ-da E.Sәid, R.Bromli; Kanadada L.Hatçen vә b.). Müasir Ə. daha çox struktur-semiotik yanaşmanın nailiyyәtlәrinә әsaslanaraq, öz materialını mәdәni-tarixi kontekstdә nәzәrdәn keçirmәyә vә yaxın humanitar fәnlәrin metodlarından istifadәyә sәy göstәrir. Azәrb.-da Ə. bir elm kimi orta әsrlәrdә yaranmağa başlamışdır. Onun ilk nümunәlәri tәzkirә adlanan elmi-әdәbi mәcmuәlәrdir. Tәzkirәlәrdә görkәmli әdәbi şәxsiyyәtlәr vә hadisәlәr, ayrı-ayrı әsәrlәr haqqında mәlumat verilirdi. Onlarda bioqrafik cәhәt vә sәnәtkarlıq mәsәlәlәri üstünlük tәşkil edirdi. Ə.Nәvainin “Nәfis mәclislәr” (“Mәcalisün-nәfais”) әsәri ilk türk dilli tәzkirәdir. Risalә, sәyahәtnamә, salnamә, qamus vә s. әsәrlәrdә dә Ə. ünsürlәri vardır. Müasir Azәrb. Ə.-ının banisi M.F.Axundzadәdir. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә N.Nәrimanov, F.Köçәrli, Seyid Hüseyn, Abdulla Sur, S.Mümtaz, Y.V.Çәmәnzәminli yaradıcılığında mütәrәqqi, realist-demokratik Ə. әnәnәlәri daha da geniş lәndi. Sovet hakimiyyәti illәrindә Ə.-a ideoloji tәsirlәr güclәnsә dә, o, әsasәn, sağlam istiqamәti saxlaya bilmişdi. 20 әsr – 21 әsrin әvvәllәri milli Ə.-ın yeni mәrhәlәsi olmuş, onun inkişaf dairәsi xeyli genişlәnmişdir (F.Qasımzadә, M.A.Dadaşzadә, H.Araslı, Mәmmәd Cәfәr, Ə.Mirәhmәdov, K.Talıbzadә, B.Nәbiyev, Y.Qarayev vә b.). Bir çox xarici ölkә (B.Derblo, F.Bo -
    denştedt, C.Darmsteter), o cümlәdәn rus (Y.E.Bertels vә b.), Ukrayna (A.Y.Krımski vә b.) alimlәri Azәrb. Ə.-ı problemlәri ilә mәşğul olmuşlar (bax “Azәrbaycan” xüsusi cildi, Ədәbiyyatşünaslıq). 
    Əd.: Azәrbaycan әdәbiyyatı tarixi, 3 cilddә. B., 1957–60; Azәrbaycan sovet әdәbiyyatı tarixi, 2 cilddә. B., 1967; T a l ı b z a d ә K. Azәrbaycan әdәbi tәn -
    qidinin tarixi. B., 1984; M i r C ә l a l, X ә l i l o v P. Ədәbiyyatşünaslığın әsasları. B., 1988; H a c ı y e v A. Ədәbiyyatşünaslığın әsasları. B., 1999; Г а б и б б е й л и И. Азербайджанская литература начала ХХ века. М., 2008.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç