ƏDƏDİ İNTEQRALLAMA – inteqralaltı funksiyanın bir neçә qiymәtinә görә inteqralın tәqribi qiymәtinin hesablanması. Müәyyәn, adi, çoxqat, hәmçinin qeyrimüәyyәn inteqrallama nәzәrdә tutulur. Müәyyәn inteqrallama üçün kvadratura düsturları, çoxqat inteqrallama üçün isә kubatura düsturları tәtbiq edilir. Qeyri-müәyyәnin
inteqrallama mәsәlәsindә әsas xüsusiyyәt inteqralın yuxarı sәrhәdinin dәyişәn olmasıdır. y(x)-in qiymәtinin x-in çox sayda qiymәtlәri üçün tapılması bir sıra xüsusi metodların işlәnilmәsinә gәtirib çıxarmışdır.