ƏDƏDİN TAM VƏ KƏSR HİSSƏSİ – hәqiqi әdәdin xüsusi şәkildә x =[х] +{х} tәsvirindәki [х] vә {х} toplananları. x-i keçmәyәn әn böyük qiymәt x әdәdinin tam
hissәsi adlanır vә [х] kimi işarә edilir. Mәs., [5,6] = 5, [–3,2] = –4. [x] işarәlәmәsini K.Qauss (1808) riyaziyyata daxil etmişdir. x әdәdinin kәsr hissәsi x – [x] fәrqidir, hәmişә 0 < {х}<1 olur. {х} funksiyası dövrü 1-ә bәrabәr olan periodik funksiyadır.