Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏDƏN

    ƏDƏN – Yәmәnin c.-q.-indә şәhәr. Eyniadlı mühafazanın inz. m. Əh. 865,0 min (2015). Ərәbistan dәnizinin Ədәn körfәzi sahilindә yerlәşir. Mühüm tranzit portu (illik yük dövriyyәsi 12,2 mln. t). Beynәlxalq aeroport. Adana (Asana) adı ilә hәlә qәdim yunan vә Roma coğrafiyaşünaslarına mәlum olan Ə. sonralar Cәnubi Ərәbistan dövlәtlәri tәrkibindә olmuşdur. Tranzit ticarәti mәrkәzi kimi mühüm әhәmiyyәt daşımışdır. Ə.-i sәyahәt edәn ilk avropalı (1440) Venesiyadan olan N.Kontidir. Vasko da Qamanın Avropadan Hindistana dәniz yolunu kәşf etmәsindәn (1497–99) sonra tranzit ticarәtdә Ə.-in әhәmiyyәti azalmışdır. Şәhәr Himyәri padşahlığının, hәbәşlәrin vә Sasanilәrin dövründә uzun müddәt Ərәbistan y-a-nın “birinci bazarı” rolunu oynamışdır. 631 ildәn başlayaraq (Yәmәnin son valisi Bаzan müsәlman olduqdan sonra) Ə.-dә islam yayılmışdır. 1173–1228 illәrdә Əyyubilәrin, Rәsulilәrin, sonralar isә Tahirilәrin [1454–1517] hakimiyyәti altında olmuşdur. Albukerke (1513), sonra isә Mәmlüklәr şәhәri ala bilmәmişlәr. 1538–1630 illәrdә Osmanlı imperiyasının tәrkibindә olan Ə.-i 1548 ildә portuqallar tutmağa cәhd etsәlәr dә, Piri rәis buna imkan vermәmişdir. 1802 ildә Ə. ingilis ticarәt gәmilәri üçün “açıq” elan edildi vә burada Ost-Hind şirkәtinin faktoriyası yaradıldı. 1839–67 illәrdә B.Britaniyanın müstәmlәkәsi (hәmçinin hәrbi-dәniz, sonralar hәrbi-hava bazası) idi. Süveyş kanalı çәkildikdәn (1869) sonra Ə.-in rolu daha da artdı. 1870 ildә burada ilk Yәmәn beynәlxalq teleqraf st. açılmışdır. 1963 ildәn Ə. Cәnubi Ərәbistan Federasiyasına daxil olmuş, 1967 il noyabrın 30-da B.Britaniya qoşunları şәhәrdәn çıxarılmışdır. 1967–70 illәrdә Cәnubi Yәmәn Xalq Resp.-nın, 1970–90 illәrdә Yәmәn Xalq Demokratik Resp.-nın paytaxtı olan Ə. 1990 ildәn vahid Yәmәn dövlәtinin tәrkibindәdir. Yәmәndә vәtәndaş müharibәsi zamanı 2015 ilin martında şәhәr “Ənsarullah” hәrәkatı (husilәr) ardıcıllarının nәzarәtinә keçmiş, hәmin ilin iyul ayında prezident Hadinin silahlı qüvvәlәri tәrәfindәn tutulmuşdur. Milli teatr, etnoqrafiya vә hәrbi-tarix muzeylәri, un-t (1970) vә s. fәaliyyәt göstәrir. Ölkәnin iqtisadi vә ticarәt mәrkәzidir. Süveyş kanalından keçәn gәmilәrin әksәriyyәtinә xidmәt edәn port Ə.-in iqtisadiyyatında mühüm rol oynayır. Gәmi tәmiri; ölkәdә әn iri neft emalı z-du; toxuculuq vә yeyinti sәnayesi müәssisәlәri var. 1991 ildә gәmilәrә xidmәt vә neft hasilatı sahәlәrinin inkişafı mәqsәdilә Ə. AİZ yaradılmışdır.

    Ядян шящяриндян эюрцнцш.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç